Yorğunluğu və əzginliyi aradan qaldıran nutrientlər

Yorğunluğu və əzginliyi aradan qaldıran nutrientlər

Yorğunluğu və əzginliyi aradan qaldıran nutrientlər

Yod - orqanizmdə qalxanabənzər vəzi hormanlarının enerji mübadiləsinin sürətlənməsini dəstəkləyərək yorğunluq və halsızlığı aradan qaldırır.

Sink - antioksidant təsiri sayəsində immunitet sistemi hüceyrələrini qoruyur və hüceyrələrin fəaliyyətini həyata keçirməsinə kömək edərək, xroniki yorğunluğu, halsızlığı aradan qaldırır.

Dəmir - Orqanizmdə oksigenin bütün bədənə daşınmasını təmin edən hemoqlobini istehsal edərək yorğunluğun aradan qaldırılmasında rol oynayır.

Vitamin E - Qanın oksigen təchizatını təmin edərək yorğunluğu aradan qaldırır.

L-qlütamin - əzələ zülalını qoruyan, yorğunluğu aradan qaldıran və enerji səviyyələrini artıran bir amin turşusu kimi önə çıxır, məşq zamanı və sonrasında yorğunluğu və əzələ ağrısını azaldır.

Coenzyme Q10 - hüceyrədə enerji istehsalını təmin edərək xroniki yorğunluq sindromu simptomunun yaxşılaşdırılmasında rol oynayır.

L-triptofan – beyində serotanin sintezini sürətləndirərək, əhval-ruhiyyəni və yuxunu yaxşılaşdırır, depressiya riskini azaldır, yorğunluğu aradan qaldırır.

L-karnitin – antioksidant təsir göstərərək metobalizmi sürətləndirir, beynin funksiyalarını gücləndirərək stressə meyilliliyi azaldır, yorğunluğu aradan qaldırır.

Paylaş: