Yorğunluğu və əzginliyi aradan qaldıran nutrientlər
Yorğunluğu və əzginliyi aradan qaldıran nutrientlər hansılardır?
- Yod - orqanizmdə qalxanabənzər vəzi hormanlarının enerji mübadiləsinin sürətlənməsini dəstəkləyərək yorğunluq və halsızlığı aradan qaldırır.
- Sink - antioksidant təsiri sayəsində immunitet sistemi hüceyrələrini qoruyur və hüceyrələrin fəaliyyətini həyata keçirməsinə kömək edərək, xroniki yorğunluğu, halsızlığı aradan qaldırır.
- Dəmir - Orqanizmdə oksigenin bütün bədənə daşınmasını təmin edən hemoqlobini istehsal edərək yorğunluğun aradan qaldırılmasında rol oynayır.
- Vitamin E - Qanın oksigen təchizatını təmin edərək yorğunluğu aradan qaldırır.
- L-qlütamin - əzələ zülalını qoruyan, yorğunluğu aradan qaldıran və enerji səviyyələrini artıran bir amin turşusu kimi önə çıxır, məşq zamanı və sonrasında yorğunluğu və əzələ ağrısını azaldır.
- Coenzyme Q10 - hüceyrədə enerji istehsalını təmin edərək xroniki yorğunluq sindromu simptomunun yaxşılaşdırılmasında rol oynayır.
- L-triptofan – beyində serotanin sintezini sürətləndirərək, əhval-ruhiyyəni və yuxunu yaxşılaşdırır, depressiya riskini azaldır, yorğunluğu aradan qaldırır.
- L-karnitin – antioksidant təsir göstərərək metobalizmi sürətləndirir, beynin funksiyalarını gücləndirərək stressə meyilliliyi azaldır, yorğunluğu aradan qaldırır.





