Sinir sisteminin fəaliyyətini yaxşılaşdıran nutrientlər
Sinir sisteminin fəaliyyətini yaxşılaşdıran nutrientlər hansılardır?
- Sitidin və uridin - orqanizmdə asetilxolinin sintezini azaltmadan membran fosfolipidlərinin sintezini həyata keçirərək sinir keçiriciliyi iltihab əlamətlərini, ağrı və keyimə hissini azaldır;
- Vitamin B6 (Piridoksin) - Beyin və sinir sisteminin düzgün işləməsində mühüm rol oynayır; serotonin və melatonin istehsalına kömək edir;
- QAYT - biogen maddədir, mərkəzi sinir sisteminin əsas tomozlayıcı mediatorlarından biridir. QAYT-ın təsiri nəticəsində stress idarə edilir;
- Fosfatidilserin - Beyindəki mühüm funksiyası yaddaşa təsir etməklə yanaşı, öyrənmə və koordinasiya kimi həyati funksiyaların yerinə yetirilməsində böyük rol oynayır;
- Vitamin B1 - sinir sisteminin fəaliyyətini normallaşdırır, qocalma prosesini yavaşıdır;
- Vitamin B3 - sinir impulslarının keçirilməsində rol oynayır;
- Fol turşusu - immun sistemini və sinir sistemini gücləndirir;
- Kobalt - B12 vitaminin bir hissəsidir, qırmızı qan hüceyrələrinin (eritropoez) istehsalı üçün vacibdir. Həm də sinir sistemini qoruyur;
- Dərman limonotu yarpağının quru ekstraktı - sakitləşdirir, sinir gərginliyini aradan qaldırır, narahatlığı aradan qaldırır, zehni konsentrasiyanı artırır, yuxunu normallaşdırır, ödem əleyhinə, iltihab əleyhinə təsir göstərir.





