Beyin fəaliyyətini yaxşılaşdıran nutrientlər

Beyin fəaliyyətini yaxşılaşdıran nutrientlər

Beyin fəaliyyətini yaxşılaşdıran nutrientlər

Beyin fəaliyyətini yaxşılaşdıran nutrientlər hansılardır?

  • Sitixolin - mərkəzi sinir sistemini stimulaşdırır; retikulyar formasiyanın aktivliyini artırır; əhval-ruhiyyə və əqli fəaliyyətini yüksəldir.
  • Ginkgo Biloba yarpağının quru ekstraktı – beyin funksiyasını artırır; yaddaşı və konsentrasiyanı yaxşılaşdırır; narahatlıq və depressiya əlamətlərini aradan qaldırır.
  • Sitidin 5 monofosfat – orqanizmdə sinir keçiriciliyi, hissi və hərəki funksiyaları yaxşılaşdırır; iltihab əlamətlərini, ağrı və keyimə hissini azaldır.
  • Uridin 5 monofosfat – QAYT-nun mərkəzi sinir sistemində miqdarını artıraraq antikonvul-sant təsir göstərir və epileptogen ocaqların fəaliyyətini zəiflədir.
  • Vitamin B6 – sinir sisteminin normal fəaliyyətinə kömək edir; homosistein maddələr mübadiləsində, protein və glikogen mübadiləsində iştirak edir; yorğunluğun azalması və aradan qaldırılmasında, immun sisteminin möhkəmlənməsində rolu vardır.
  • Dərman pişikotu kökünün quru ekstraktı - nevroz, sinir sistemi ilə bağlı halsızlıqlarda daha çox istifadə edilir; sinir sistemini sakitləşdirir; sinir mənşəli halsızlıqlarda, ürək-damar nevrozunda, ürəkdöyünmənin normallaşmasında mühüm təsirə malikdir.
  • Dərman limonotu (bədrənc) yarpağının quru ekstraktı - güclü sakitləşdirici təsirə malikdir; ürək döyüntülərinin sayını azaldır; ürək ağrılarını aradan qaldırır; arterial təzyiqi azaldır; ağrı və qıcolmaları azaldır və sinir sistemini sakitləşdirir.
  • Maqnezium - Yorğunluğun azaldılmasında, sinir sisteminin normal fəaliyyətində iştirak edir.
  • Omeqa 3 – beyin fəaliyyətinin, əhval ruhiyyənin yaxşılaşdırılması, immun sisteminin güclənməsinə təsir göstərir.
  • Fosfotidilxolin - koqnitiv funksiyaları, yaddaş və konsentrasiyasını yaxşılaşdırır.
  • L-triptofan - beyində serotanin sintezini sürətləndirir, əhval-ruhiyyəni və yuxunu yaxşılaşdırır.
  • L - qlütamin - beynin normal fəaliyyəti üçün lazım olan qamma amin turşusunun keyfiyyətini yaxşılaşdırır, fiziki yüklənmələrdən sonra bərpanı sürətləndirir.
  • Asiya Sentellası - beyin fəaliyyətini gücləndirmək ,yaşlanma posesini yavaşlatmaq üçün, sakitləşdirici və antioksidant, beyin qan dövranını yaxşılaşdıran bir vasitə kimi istifadə olunur.

Paylaş: