
NUDİA
“Nutrisiologiya və Dietologiya Assosasiyası” İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi məqsədi Azərbaycan Respublikasında sağlam qidalanma və sağlam həyat tərzinin ölkəmizdəki məlumatın, təcrübənin və praktik səhiyyənin inkişaf etdirilməsi və müasir dünya səviyyəsinə çatdırılması üçün işlərin görülməsindən ibarətdir.
NUDİA bu məqsədə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
- Sağlam qidalanma və sağlam həyat tərzinə dair məsələlər üzrə beynəlxalq və milli səviyyədə aparılan elmi tədqiqatları izləmək, tətbiq olunan mütərəqqi yeni üsul və texnologiyaları öyrənmək və onların müvafiq nəticələrinin ölkəmizdə tətbiqi istiqamətində tədbirlər görmək.
- Əhalinin sağlam-rasional qidalanma, məhsullar və qidaların insan orqanizmi üçün dəyəri, sağlamlıq, uzunömürlülük və əmək qabiliyyətinin yüksəldilməsində düzgün qidalanmanın rolu barədə maarifləndirilməsi və bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsini təşkil etmək.
- Əhalinin müxtəlif peşə və yaş qruplarının sağlamlığının qorunması, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərin düzgün və rasional qidalanması ilə bağlı məlumatlandırmaq və bu istiqamətdə müxtəlif layihələr həyata keçirmək.
- Qidaların orqanizm üçün həyati vacibliyi ilə bərabər onların hazırlanma, saxlanma və istifadə qaydalarına düzgün riayət olunması barədə məlumatların əhali arasında təbliğ edilməsi və bu istiqamətdə maarifləndirici müxtəlif layihələr həyata keçirmək.
- Əhali arasında müxtəlif alimentar patologiyalar, qida infeksiyaları, qida zəhərlənmələrinin və qida mənşəli xəstəliklərin qarşısının alınması, orqanizmin immun sisteminin möhkəmləndirilməsi, əmək qabiliyyətinin yüksəldilməsi və uzunömürlülüyün təminatında qida amilinin vacibliyi haqqında məlumatların təbliğ edilməsi və bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirmək
- Mütəxəssislərin sağlam qidalanma və nutrisiologiya məsələləri üzrə nəzəri və praktik bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə onlara elmi-metodik köməklik etmək, təlimlər, sertifikatlaşdırma proqramları, konfranslar, seminarlar, simpoziumlar, görüşlər təşkil etmək.
- Sağlam qidalanma və sağlam həyat tərzinin pozulması fonunda müxtəlif daxili orqanlarda yaranan xroniki xəstəliklər və patoloji vəziyyətlərlə bağlı elmi araşdırmalar, tədqiqatlar, monitorinqlər, sosioloji sorğular aparmaq və müvafiq tədqiqat materialları çap etmək;
- Sağlam qidalanma, diyetologiya və nutrisiologiyanın nəzəri və praktik məsələləri üzrə ixtisaslı mütəxəssislərin reyestrini yaratmaq, onların mütəmadi görüşlərini təşkil etmək.
- Sağlam qidalanma, diyetologiya və nutrisiologiya məsələləri üzrə yerli və xarici müxtəlif layihələrin həyata keçirilməsini təşkil etmək və dəstəkləmək.
- Qida gigiyenası, qida ilə düzgün davranış, qida təhlükəsizliyi üzrə əhalinin maarifləndirilməsi və mütəxəssislərin hazırlanması istiqamətində müvafiq layihələr və proqamlar həyata keçirmək.