Qida əlavələrinin sağlamlığa təsiri - Qida əlavələri nədir və niyə vacibdir?

Qida əlavələrinin sağlamlığa təsiri - Qida əlavələri nədir və niyə vacibdir?

Qida əlavələrinin sağlamlığa təsiri - Qida əlavələri nədir və niyə vacibdir?

Qida əlavələrinin sağlamlığa təsiri - Qida əlavələri nədir və niyə vacibdir?

İnsanlar müəyyən qida maddələrinin gündəlik istehlakını artırmaq və sağlamlıqlarını yaxşılaşdırmaq üçün əlavələr qəbul edirlər. Qida əlavələri adətən kapsul, həb, saqqız, maye və ya toz şəklində olaraq qəbul edilir. Bunlar vitaminlər, minerallar, otlar, amin turşuları, fermentlər və s. ola bilər.

Qida əlavələri barədə məlumatlı olmaq, onların təsirləri barədə informasiyaya yiyələnmək vacibdir.

Qida əlavələri ilk növbədə alternativ pəhriz üçün tövsiyə edilən bir yol kimi istifadə olunur. Məsələn, vegetarian və ya veganların bu qidalardan istifadə etmədikləri üçün həmin qidaların tərkibində orqanizm üçün lazım olanları əldə etməsi zəruridir. Bu boşluğu isə qida əlavələri vasitəsilə doldurmaq mümkündür. Eyni zamanda, qida əlavələri mövcud vitamin çatışmazlığı hallarının aradan qaldırılması üçün müsbət təsirlər göstərir.

Qida əlavələri həmçinin diaqnoz qoyulmuş xəstəliklərin müalicəsi zamanı da həkimlər tərəfindən köməkçi vasitə kimi təyin oluna bilər.

Misal olaraq, yuxusuzluğu müalicə etmək üçün melatoninin istifadəsi, bağırsaq hərəkətlərini tənzimləmək üçün lif əlavələri qəbul etmək, sümük itkisinin qarşısını almaq üçün D vitamini və ya kalsium qəbul etmək məsləhətlidir.

Qida əlavələrinin ümumi növlərinə aşağıdakılar daxildir:

  • Multivitaminlər.
  • Fərdi vitaminlər.
  • Minerallar.
  • Probiyotiklər.
  • Amin turşuları.

Vitaminlər və minerallar bədənin ən vacib funksiyalarının bir çoxunda iştirak edir, yəni əlavələrin geniş çeşidli potensial sağlamlıq faydaları var.

Bəzi məşhur qida əlavələri ilə bağlı faydalar bunlardır:

Kalsium: Sümük sıxlığını artırır, yaşlı insanlarda (xüsusilə menopauzadan keçmiş qadınlarda) sınıqların qarşısını alır və hamiləlik zamanı preeklampsiyanın qarşısını alır.

Vitamin D: Bədənin kalsiumu udmaq qabiliyyətini yaxşılaşdırır və osteoporozun qarşısını alır.

Maqnezium: Qan təzyiqini və miqren tezliyini azaldır.

Folat/fol turşusu: Hamiləlik dövründə qəbul edildikdə müəyyən doğuş qüsurları riskini azaldır, antidepresantları daha təsirli edir və insult riskini azaldır (B vitaminləri ilə birlikdə qəbul edildikdə).

Dəmir: Dəmir çatışmazlığı anemiyasının qarşısını alır və hamiləlik zamanı vaxtından əvvəl doğuş və az çəki riskinin qarşısını alır.

Tədqiqatlar göstərir ki, qida əlavələrinin faydaları sağlamlıq üçün ümidvericidir. Çünki missal olaraq, tədqiqatlar nəticəsində gündəlik dəmir əlavəsinin hamilə qadınlarda anemiya riskini azaltdığı sübut edilmişdir. Eyni zamanda sübut olunmuşdur ki, folat (fol turşusu) qəbulu körpələrdə spina bifida kimi bəzi sinir borusu qüsurları riskini azaldır. Lif əlavələrinin xroniki qəbizliyi aradan qaldırdığı və xolesterolu aşağı saldığı sübut edilmişdir.

Beləliklə, sübutlar göstərir ki, bəzi əlavələr sağlamlığı müxtəlif yollarla gücləndirə bilər. Ən məşhur qida əlavələri multivitaminlər, kalsium və B, C və D vitaminləridir. Kalsium sümük sağlamlığını dəstəkləyir, D vitamini isə bədənin kalsiumu mənimsəməsinə kömək edir. C və E vitaminləri antioksidantlardır - hüceyrə zədələnməsinin qarşısını alan və sağlamlığın qorunmasına kömək edən molekullardır.

 

Paylaş: