A vitaminini hansı qidaların qəbulundan ala bilərik?
A vitaminini hansı qidaların qəbulundan ala bilərik?
A vitamini bədən tərəfindən istehsal olunmadığı üçün yalnız pəhriz vasitəsilə alınmalıdır. Bəzi tərəvəz və meyvələr, eləcə də heyvan məhsulları A vitamininin yaxşı mənbəyidir. A vitamini zəngin olan qidalar arasında kələm, ispanaq, mal əti (qaraciyər) toyuq, balıq, pendir, yumurta, şirin kartof, yerkökü və bir çox digər meyvə və tərəvəzlər daxildir. A vitamini orqanizmdə rol oynayan vacib bir qidadır.
Bu, bədənin inkişafında, görmə qabiliyyəti, immun funksiyası və reproduktiv sağlamlığın qorunmasında mühüm rol oynayan vitamindir.
Odur ki, A vitamini çatışmazlığı ilə üzləşməmək üçün bir sıra qaydalara riayət etmək, eləcə də A vitaminli xörəklərin yaxşı həzm olunması üçün həmin xörəkləri hazırlayarkən yağdan istifadə etmək lazımdır. Bununla yanaşı, qidaları çox bişirməmək vacibdir, çünki bu, onların tərkibindəki A vitamininin miqdarını azaldır.
Beləliklə, həm bitki mənşəli, həm də heyvan mənşəli bir çox qidada yaxşı miqdarda A vitamini mövcuddur. Adekvat qida qəbulunu təmin etməyin ən yaxşı yolu meyvə, tərəvəz, taxıl məhsulları, keyfiyyətli yağ və yağsız zülallarla zəngin müxtəlif və balanslı bir pəhriz saxlamaqdır.
A vitamini bir neçə vacib funksiyaya malikdir. Bu, orqanizmin xəstəliklərə və infeksiyalara qarşı təbii müdafiəsində immunitet sisteminin düzgün işləməsinə kömək edir, görmə qabiliyyətini gücləndirir.
A vitamininin iki əsas növü var:
Əvvəlcədən hazırlanmış A vitaminli qidalar: Bu retinol şəklində gəlir və ət, balıq, quşçuluq və süd məhsulları da daxil olmaqla heyvan mənşəli qida mənbələrində mövcuddur.
Provitamin A: Bu isə karotenoidlər, əsasən beta karotin şəklində gəlir. Yumurta, meyvə və tərəvəz kimi bitki mənşəli qidalarda mövcuddur.
A vitamini ilə zəngin olan bəzi qidalar:

Mal və quzunun qaraciyəri
Heyvanların qaraciyəri A vitamininin ən zəngin mənbələri sırasındadır. Bunun səbəbi heyvanların da A vitaminini qaraciyərində saxlamasıdır. Heyvanların qaraciyəri həm də proteinlə zəngindir.
Eyni zamanda balıq yağları iltihabla mübarizə aparmağa və ürəyi qorumağa kömək edən “Omeqa-3” yağının ən zəngin mənbələrindəndir. Bu həm də depressiyanı müalicə edə və ya qarşısını ala bilmək üçün ən yaxşı vasitədir.
Şirin kartof
Bu tərəvəzdə olan A vitamini beta karotin şəklindədir. Bəzi tədqiqatlarda həmçinin beta karotinin prostat xərçəngindən qorunmaq üçün ən yaxşı vasitə olduğu bildirilir.
Şirin kartof aşağı kalorili olmaqla yanaşı həm də liflə, B6 vitamini, C vitamini və kalium ilə də zəngindir. Bu, aşağı glisemik indeksə malikdir, qan şəkərinin səviyyəsini idarə etməyə kömək edir
Yerkökü
Yerkökü beta karotinlə zəngindir. Yarım stəkan çiy yerköküdə 459 mkq A vitamini var. Yerkökü həm də qəbizliyin qarşısını almağa və bağırsaq sağlamlığını yaxşılaşdırmağa kömək edən pəhriz lifi ilə zəngindir.
İspanaq
Digər yarpaqlı yaşıl tərəvəzlər kimi, ispanaqda da zəngin vitaminlər var. Hər yarım stəkan qaynadılmış ispanaqda 573 mkq A vitamini mövcuddur. Onun tərkibində eyni zamanda maqnezium var ki, bu da insan orqanizmində 300-dən çox prosesdə rol oynayır. Bəzi tədqiqatlar göstərir ki, ispanaq qan təzyiqini aşağı sala və ürək sağlamlığını yaxşılaşdıra bilər.
Brokoli
Brokoli A vitamini ilə zəngin olan digər tərəvəzlərdən biridir. Yarım stəkan brokolinin tərkibində cəmi 15 kalori var, o həm də C vitamininin ən yaxşı mənbəyidir.
Brokolinin tərkibində həm də sulforafan adlı maddənin olması bəzi xərçənglərə tutulma riskini azalda bilər.
Şirin qırmızı bibər
Şirin qırmızı bibər də A vitamini, C vitamini, B6 vitamini və fol turşusu ilə zəngindir. Bibər böyük antioksidant mənbəyidir.
Qovun
A vitamini ilə zəngin olan qovunun tərkibində immuniteti gücləndirən və bir sıra xəstəliklərdən qoruyan antioksidantlar var.
Quru ərik
Quru ərik də A vitamini ilə zəngindir. Eyni zamanda, qurudulmuş meyvələr də lif və antioksidanlarla zəngindir. Bununla belə, ərik qurusu çoxlu şəkər və kalori ehtiva edir, ona görə də onları həkim tövsiyələri əsasında ölçülü şəkildə istehlak etmək vacibdir.
Balqabaq pastası
Balqabaq pastası A vitamini ilə zəngin başqa bir qidadır. Digər tərəvəzlər kimi balqabaq da beta karotinlə zəngidir. Balqabaq həm də C vitamini, lutein və zeaksantin kimi yaxşı antioksidant mənbəyidir. Araşdırmalar göstərir ki, bu maddələrin yüksək qəbulu görmə qabiliyyətini qoruya və ümumi göz xəstəliklərinin qarşısını ala bilər.
Pomidor suyu
Bir stəkan pomidor suyunun dörddə üçündə 42 mkq A vitamini var. Pomidor həm də antioksidant olan C vitamini və likopenlə zəngindir. Balqabaq kimi, pomidor və pomidor suyu da göz sağlamlığına fayda verə biləcək lutein və zeaksantin ehtiva edir.
Siyənək balığı
Siyənək balığı A vitamini ilə o qədər zəngindir ki, həftədə, ən azından ayda bir dəfə ondan istehlak etmək lazımdır. Siyənək həm də yaxşı protein və D vitamini mənbəyidir. Yağlı balıq kimi siyənək ürək və beyin sağlamlığı üçün “Omeqa-3” qəbulunu artırmaq istəyənlər üçün əla seçimdir.
Bununla yanaşı, orqanizmin A vitamini ilə mühafizəsini gücləndirmək üçün həkim tövsiyələrinə riayət etmək lazımdır. Odur ki, A vitamini çatışmazlığı probleminin mövcud olub-olmamasını öyrənmək üçün həkim müayinəsindən keçmək və nəticələrə uyğun olaraq, bu qidalardan istifadənin miqdarı təyin oluna bilər.





