Artıq çəki ilə mübarizə üsulları

Artıq çəki ilə mübarizə üsulları

Artıq çəki ilə mübarizə üsulları

Artıq çəki ilə mübarizə üsulları

Çəkini idarə etmək sağlam həyatın əsas hissəsidir. Bir çox insanlar düzgün qidalanma və fəaliyyət balansı vasitəsilə çəkilərini uğurla tarazlaşdıra bilirlər.
Piylənmə bəzi ölkələrdə təhlükəli bir həddə çatıb. ABŞ-dan sonra Böyük Britaniyada bu, ciddi bir sağlamlıq probleminə çevrilib.
Britaniyanın səhiyyə qurumunun hesabatına əsasən, piylənmənin tezliklə Birləşmiş Krallıqda aparıcı sağlamlıq problemi olaraq siqareti keçəcəyi proqnozlaşdırılıb. 
Bütün Avropada piylənmə son 10 ildə 10-50%, inkişaf etməkdə olan ölkələrin bəzilərində isə 75%-ə qədər artmışdır. Dünyada bir milyarddan çox insan artıq çəkidən əziyyət çəkir. Bəzi ekspertlər indiki nəsil uşaqların piylənmə səbəbindən valideynlərindən daha qısa ömür sürəcəyini proqnozlaşdırıblar. 
Mütəxəssislər hesab edir ki, piylənmə epidemiyasının səbəbləri ekoloji, qidaya asan çıxış imkanı verən və idmana az ehtiyacı olan ətraf mühitdə yaşamaqla bağlıdır. Bu günə qədər piylənməyə yanaşmaların əksəriyyəti fərdlərin davranışını dəyişməyə yönəlmişdir: pəhriz və məşq. Çünki bunlar piylənmənin geniş yayılmasının qarşısını ala bilir. 
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pəhriz, fiziki fəaliyyət və sağlamlıqla bağlı son qlobal strategiyası, piylənmənin vacib səbəbi kimi zərərli qidaların marketinqini əhatə edir, lakin onlar fərqli həll yolları təklif edirlər. ÜST uşaqlar üçün zərərli qidaların reklamını dərhal qadağan etməyə və dünya əhalisini şəkərlə bağlı məhdudiyyətlər tətbiq etməyə çağırıb. 
Arıqlamaq üçün nə qədər çox məşq edilsə və ya kalori qəbulu azaldılsa, metabolizm cari çəkini qorumaq üçün bir o qədər yavaşlayaraq kompensasiya etmək istəyir, buna metabolik kompensasiya deyilir. Gələcək enerji üçün yağları qorumaq və saxlamaq üçün işə başlayır. Tədqiqatlar göstərir ki, bu, insan orqanizminin yağ və enerji saxlamağa dəyər verməsi və kalori çatışmazlığını narahatlıq əlaməti kimi şərh etməsi səbəbindən baş verir.
Yağ hüceyrələri leptin istehsal edir ki, bu da beyinə insan doyan zaman xəbər verir. Arıqlayan zaman yağ hüceyrələri kiçilir, daha az leptin istehsal edir, bu da o deməkdir ki, insan özünü tox hiss etmir.

Mədə isə beyinə yanacaq doldurma vaxtı gəldiyini bildirən qrelin istehsal edir. Arıqlayan zaman qrelin səviyyəsi yüksəlir, bu da insanda daha tez-tez yemək istəyi yaradır.
Arıqlayan zaman beynin qida məhdudiyyətini tənzimləyən hissəsi daha az aktivləşir. Bu isə o deməkdir ki, insan özünü tox hiss etmək üçün daha çox yemək yeyərkən (leptinin izni ilə) nə qədər yediyindən də az xəbərdar olur.
Araşdırmalarla 400-dən çox gen piylənmə və çəki artımı ilə əlaqələndirilib və məlum olub ki, onlar iştaha, maddələr mübadiləsinə, istəklərə və bədəndə yağ paylanmasına təsir göstərə bilər. Beləliklə, bəzi hallarda artıq çəkiyə meyilliliyin genetik olması da istisna deyil.
Əgər piylənməyə genetik meyil varsa, çəkini idarə etmək üçün proaktiv bir mövqe tutmaq daha asandır. Çünki profilaktik yanaşma daha təsirli olur.
Elm sübut edir ki, təkcə idmanla arıqlamaq demək olar ki, mümkün deyil. Orta hesabla, müntəzəm məşq gündəlik kalori qəbulunun yalnız 5-15% -ni yandırmağa kömək edir.
Odur ki, artıq çəkidən əziyyət çəkənlər bu problemdən yalnız sağlam həyat tərzinə qayıtmaqla qurtula bilərlər. Bunun üçün isə pəhriz, sağlam qidalanma, aktiv fiziki fəaliyyət, hərəkətlilik, idman məşğuliyyəti qaydalarına riayət etmək lazımdır.

Paylaş: