Dərimiz niyə qırışır?

Dərimiz niyə qırışır?

Dərimiz niyə qırışır?

Dərimiz niyə qırışır? Qırışların yaranma səbəbləri müxtəlifdir. Amma ən önəmli səbəbi yaşlanmadır. Yaşladıqca bədənimizdəki proteinlər, yəni kollagenlər azalır. Sərbəst radikallara qarşı cavab verə bilmirik. Və yavaş-yavaş dərimiz qurumağa, elastikliyini itirməyə başlayır. Bunu biz sadə dillə desək, hüceyrələrin suyu azalır.  Təbii ki, yaşlanmasını sürətləndirən səbəblər var. Günəş işıqları, az protein qəbulu, stress, siqaret və alkaqol qəbulu, həmçinin az su içmək də dərimizin vaxtından əvvəl qırışmağına səbəb olur. 
Qırışlar özləri iki yerə bölünür. Mimik qırışlar və qocalma ilə bağlı yaranan qırışlar. Mimik qırışlar 20-25 yaşlarda da rast gəlinə bilir. Bu qırışlar alın, göz ətrafı və dodaq kənarında olur. Mimik qırışları açan hansısa bir krem yoxdur. Bunu öncədən deyim. İnternetdə hər deyilən sözə inanmayın. Lakin bu qırışların dərinləşməsinin qarşını alan, yaşlanma ilə birlikdə dəridəki quruluq, sallanma problemlərini aradan qaldıran kollagen tərkibli kremlər var. 
 NUTRIFACE COLLAGEN kremi Anti-Aging, yəni yaşlanma əleyhinə təsirə malikdir.  Tərkibindəki əsas maddələrdən biri dəniz kollageninin ekstraktıdır. Bu maddə dərinin hamar, möhkəm və elastik etməyə kömək edir. Kremin tərkibindəki Hialuron turşusu suyu uzun müddət dəridə saxlamağa kömək edir. Quruluğu aradan qaldırır. Məhsulun ətkibindəki digər əsas maddələrdən biri Propilen Qlikol isə yumşaldıcı xüsusiyyətə malikdir. Aktiv maddələrin dəridə yaratdığı qıcıqlanmanı azaltmaq üçün istifadə olunur. Allergik bir dəriyə sahibsinizsə, problemi aradan qaldırır. Krem üzdə qırışları hamarlayır, elastikliyi bərpa edir. Bizə əsas olan dəri hüceyrələrində su balansını qoruduğu üçün avtomatik olaraq qırışlar da yaranmır. 
Ümumiyyətlə, 25 yaşdan sonra bütün insanlarda kollagen maddəsi hər il 1.5% azalmağa başlayır. Bu azalma 30 yaşdan sonra daha sürətlənir. Menapauzadan sonra isə estrogenlərlə bağlı kollagen maddəsi daha da azaldığı üçün üzümüzdə sallanmalar yaranır. 
Cavan qalmaq istəyirsinizsə, sağlam həyat tərzi, normal yuxu rejimi və bol su içməyə mütləq fikir verin. Əgər bunlara əməl etməsiniz, istifadə edəcəyiniz ən bahalı, ən keyfiyyətli məhsullar belə istədiyiniz nəticəni əldə etməyə kömək etməyəcək. 
Bir də ki “Mənim üz dərim çox yaxşıdır”, yaxud “Qırış kremlərinə ehtiyacım yoxdur” deyirsinizsə, 40 yaşınızın olmağını gözləməyin. Ən geci 35 yaşdan sonra bu cür baxım vasitələrindən istifadə etməyə başlamalısız. Çünki o zaman gecikmiş olursunuz. Qırışlar dərinləşir və həmin qırışları açmaq üçün sizə heç bir krem kömək edə bilməz.

Paylaş: