Gözəlliyin və cavanlığın sirri
Nutrisiologiya və Dietologiya Assosiasiyasının Həmtəsisçisi və İdarə Heyətinin Sədri (NUDİA), Uzman Dietoloq Dr İlqar Şamilov qeyd edir ki, kollagen sözünun mənası yapışqan sözündən götürülmüşdür və yapışqan mənasını daşıyır. Orqanizmimizdə ən çox mövcud olan zülallardan biri də kollagendir. Kollagen istər əzələdə, istərsə də dəri, saç, toxumalarda mövcuddur.
Biz kollageni hardan əldə edə bilərik? Kollageni zülallı qidalardan olan amin turşulardan istehsal edirik. Yaş artdıqca 30 yaşdan yuxarı kollagen istehsalı hər il 1-2 % azalır. 40 yaşa çatdıqda artıq bu 10-20 %-ə qədər azalacaq.
Orqanizmimizdə bilinən bir çox kollagen növü var. 16 hətta 24-25 sayda saymaq olar. Ən vacibləri 4-dür. Tip I, II, III, IV kollagen növləridir. Kollagenin tip I və III növü gözəllik üçün, tip II və IV isə sümüklər və oynaqlar üçün istifadə edilən kollagen sayılır.
Kollagen seçərkən nələrə diqqət etmək lazımdır? Kollagen hidrolizat formada olmalıdır. Alfa lipof turşusu, vitamin kompleksi, sink, selen, biotin iştahın azalmağına, eyni zamanda immunitetin gücləndirilməsinə, saçların, dırnağın dərinin daha da gözəl olmağına səbəb olur.
Collagen+Multivitamin məhsulu:
- Qocalma proseslərini ləngidir;
- Sümüklərin strukturunu, oynaqların hərəkətliliyini artırır;
- Qığırdaq toxumasını bərpa edir;
- Dayaq-hərəkət aparatının funksiyasını yaxşılaşdırır;
- Psixoemosional fon, dəri strukturu, çəki problemləri, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır;
- Saç-dırnaq zəifliyini aradan qaldırır;
- Hormonal fonu normallaşdırır;
- Həmçinin qan laxtalanmasını regulə edir, damar divarlarını möhkəmləndirir;
- Orqanizmin allergenlərə qarşı həssaslığını azaldır;
- Toxuma regenerasiya proseslərini sürətləndirir.





