Günəş şüalarının dəridə yaratdığı problemlər

Günəş şüalarının dəridə yaratdığı problemlər

Günəş şüalarının dəridə yaratdığı problemlər

Günəş şüalarının dəridə yaratdığı problemlər

Yay mövsümündə havaların istiləşməsi ilə əlaqədar olaraq insanlar çimərliklərə üz tutur. Amma günəşli havanın insan orqanizminə mənfi və müsbət təsirləri vardır.

Günəş şüalarına uzun müddət məruz qalma nəticəsində müxtəlif fəsadlar ortaya çıxar. Günəş şüası mükəmməl təsiri ilə birlikdə dəriyə mənfi təsir də göstərərək bir sıra dəri xəstəliklərinin gedişatını təhrik edə və ya ağırlaşdıra bilər.

Günəş şüalarının mənfi təsiri nəticəsində üzün dərisində qızartı və ya kiçik qırmızı döyünlər ortaya çıxır. Bu, genişlənmiş qan damarları ilə xarakterizə olunan xroniki xəstəlikdir. Xəstəlik düzgün mükəmməl olunmadıqda, dərinin vəziyyəti pisləşir, dəri incəlir və döyünlər meydana gəlir.

Bundan əlavə, dəridə geniş yayılmış xəstəliklərdən biri də sızanaqlardır ki, bu da günəş şüalarının təsiri nəticəsində aktivləşir. Cəmiyyətdə sızanaqların faydaları haqqında yanlış təsəvvür formalaşıb. Amma sızanaqlar piy vəzilərinin aktivləşməsi nəticəsində ultrabənövşəyi şüaların həddindən artıq miqdarının dəriyə dəyməsi nəticəsində daha da şiddətlənir.

İsti ölkələrdə iqlim üzrə mütəxəssislərin və bir sıra tədqiqatçıların fikrincə, kosmetika ilə boyanmış üzə günəş şüaları dəyəldikcə dəridə sızanaqlar yarana bilir.

Çoxsaylı səbətlər aşkara çıxar ki, günəş şüarlarına həddindən artıq məruz qalma dəri hüceyrələrində çox sayda mutasiyaya səbəb olur və bu da şiş hüceyrələrinin meydana gəlməsinə səbəb olur. Çünki günəş şüalarının təsiri altında dərinin elastik lifləri məhv edilir.

Günəş şüaları yaz və yayda öz hərarətləri ilə bizi isitmək, qışda isə bizi sevindirməklə birlikdə immun sistemimizi gücləndirməyə də kömək edir. Ancaq təəssüf ki, açıq günəş şüalarına məruz qalmaq bəzi insanlarda allergik reaksiyaya səbəb ola bilər.

Günəşə qarşı allergiya, fotodermatit (fotodermatoz) dərinin günəş işığına həssaslığının artması nəticəsində yaranan xəstəliklərdir. Bu, heç də nadir hal deyil. Statistikalar göstərir ki, dünyada insanların təxminən 20%-i bu xəstəlikdən əziyyət çəkir.

Günəşə qarşı allergiya əslində fotodermatit və ya fotodermatoza aid olur. Günəşin toksiki və ya allergik təsiri günəşin (ultrabənövşəyi) şüaları dəridə (ekzogen və ya endogen fotodermatit) yerləşən hər hansı bir maddə ilə qarşılıqlı əlaqədə olduqda baş verir.

Ekzogen fotodermatitin ən parlaq nümunəsi elə də çəmən dermatitidir. Yayda, çiçəkləmə dövründə bir çox çiçən bitkiləri xüsusi maddələr - furokumarinlər ifraz edir və bu da həmin yerlərdə olan insanın dərisinin üzərində yerləşir.

Ultrabənövşəyi şüalara eyni zamanda məruz qaldıqda, bəzi həssas insanların dərisində qızartı və blisterlər (eritema, veziküllər) əmələ gələ bilər. Bu, bəzən şiddətli qaşınma ilə də müşayiət olunur. Sonradan dərinin təsirlənmiş bölgələrində uzunmüddətli piqmentasiya qalır.

Günəşli havaya çıxmadan əvvəl ona həssas olan şəxs krem və ya məlhəm sürərsə və ya etir və dezodorantdan istifadə edərsə, günəşə qarşı allergiya və ya fotodermatit baş verə bilər.

Müxtəlif kosmetika və ya etirlərin tərkibində olan maddələr ultrabənövşəyi şüalarla reaksiyaya girdikdə allergiyaya səbəb ola bilər.

Diğer insanlara nisbətən açıq dərili insanlar və dərinin müdafiə mexanizmləri daha zəif olan uşaqlar günəş allergiyasından əziyyət çəkir.

Endogen fotodermatit qrupuna isə olduqca nadir xəstəliklər daxildir, onların inkişafında bədənin immunitet sisteminin işində pozğunluqlar, həmçinin müxtəlif metabolik pozğunluqlar mühüm rol oynayır. Endogen fotodermatitə, xüsusən də porfiriya, piqmentli xeroderma, günəş ekzeması, günəş pruriqosu, hidroa vaksinformiyası, polimorfik fotodermatoz daxildir.

Günəş allergiyası adətən özünü aşağıdakı kimi göstərir:

  • dərinin qızartısı və iltihabı,
  • dərinin soyulması,
  • tez-tez güclü qaşınma və yanma ilə müşayiət olunur,
  • səpgilər ola bilər.

Adətən günəş şüarlarının təsirinə məruz qalan dəridəki zərərlər dərhal inkişaf etmir, bu vəziyyət dərəcəsindən asılı olaraq bir neçə saat və ya hətta bir gün sonra özünü bürüzə verə bilər.

Günəş allergiyası aşağıdakı risk qrupunda daha tez inkişaf edir:

  • təbii açıq dəri olan insanlarda;
  • hamilə qadınlarda;
  • gənc uşaqlarda;

Odur ki, dərinizin təbii halını və sağlamlığını qorumaq üçün ona vaxtında qulluq etmək lazımdır. Açıq hava şəraitində istirahətə və ya çimərliyə getmədən əvvəl dəridə yarana biləcək zərərlərə qarşı profilaktik tədbirlər kimi həkimlə məsləhətləşmək tövsiyə olunur.

Paylaş: