Hemoqlobin (HGB)nədir?

Hemoqlobin (HGB)nədir?

Hemoqlobin (HGB)nədir?

Hemoqlobin (HGB) nədir?
Hemoqlobin qırmızı qan hüceyrələrində oksigen daşıyan bir proteindir. Tərkibində dəmir olan bu qırmızı piqment qanın qatılığını tənzimləyir və qanın tənəffüs funksiyasını təmin edir. Məqsədi ağciyərlərdən gələn oksigeni digər orqanlara, oradan isə hüceyrələrə çatdırmaqdan ibarətdir.
Tez-tez və davamlı olan yorğunluq, baş ağrısı, yuxusuzluq və ya əksinə yuxululuq, solğunluq, süstlük, daimi olaraq susuzluq, ağızda quruluq, sürətli ürək döyüntüsü, nəfəs darlığı və uzun müddət sağalmayan yaralar və qançırlar müşahidə olunursa, hemoqlobini mütləq yoxlatdırmaq lazımdır.
Hemoqlobin testi qanda nə qədər hemoqlobinin olduğunu müəyyənləşdirir. Hemoqlobinin miqdarını müəyyənləşdirmək üçün qandan nümunə götürülür.
Yuxarıda qeyd etdiklərimizdən əlavə olaraq, hemoqlobin testi bir sıra səbəblərlə əlaqədar verilməlidir:
  • Ağır əməliyyatdan əvvəl və sonra,
  • Nəcisdə qan görülərsə,
  • Böyrək xəstəliyi və ya müəyyən növ artrit kimi xroniki tibbi problemlər zamanı,
  • Hamiləlik zamanı,
  • Yorğunluq, pis sağlamlıq və ya səbəbsiz kilo itkisi müşahidə olunarsa,
  • Davamlı baş ağrıları olarsa,
  • Sümük iliyində və ya digər problemlər zamanı,
  • Xərçəngin müalicəsi zamanı monitorinq məqsədilə,
  • Anemiyaya və ya aşağı qan sayına səbəb ola biləcək dərmanların monitorinqi,
  • Anemiyanın və onun səbəbinin monitorinqi zamanı və s.
Hemoqlobinin aşağı və ya yuxarı olması bir sıra xəstəliklərin carçısı ola bilər. Ona görə də buna xüsusi diqqət yetirmək lazımdır. 
 
Norma isə aşağıdakı kimidir:
- Yeni doğulmuş uşaqlarda: 13,5-24
- 1-2 aylıq körpələrdə: 10-18
- 2-6 aylıqlarda: 9,5-14
- 2 yaşından kiçik uşaqlarda: 10,5-13,5
- 2-6 yaş uşaqlarda: 11.5-13,5
- 6-12 yaşlarda: 11,5-15,5
- 12-18 yaşlarda: 13-16
- 18 yaşdan böyük qadınlarda: 12,1 – 15,1
- 18 yaşdan böyük oğlanlarda: 13,5-17,7 
- Orta yaş sonrası qadınlarda: 11,7-13,9
- Orta yaş sonrası kişilərdə: 12,4-14,9 
Yuxarıdakı referanslar bu testlərin nəticələri üçün ümumi ölçülərdir. Normal dəyər diapazonları müxtəlif laboratoriyalar arasında bir qədər fərqli ola bilər. Bəzi laboratoriyalar fərqli ölçmələrdən istifadə edir və ya fərqli nümunələri sınaqdan keçirir. 
Hemoqlobin səviyyəsinin aşağı olmasının səbəbi bunlar ola bilər:
  • Anemiya
  • Qanaxma
  • Xroniki xəstəlik 
  • Xroniki böyrək xəstəliyi
  • Qırmızı qan hüceyrələrinin məhv edilməsi (hemoliz)
  • Leykemiya
  • Bədəndə çox su

Anemiya zamanı sümük iliyi yeni qırmızı qan hüceyrələri istehsal edə bilmir. Bunun səbəbi xərçənglər, dərman zəhərlənməsi, radiasiya terapiyası, infeksiya və ya sümük iliyi pozğunluqları ola bilər.
Yüksək hemoqlobin səviyyəsi ən çox qanda uzun müddət mövcud olan aşağı oksigen səviyyələri (hipoksiya) ilə əlaqədardır. Ümumi səbəblərə aşağıdakılar daxildir:
  • Qırmızı qan hüceyrələrində anormal artıma səbəb olan sümük iliyi xəstəliyi (polisitemiya vera)
  • Anadangəlmə ürək xəstəliyi
  • Qanda aşağı oksigen səviyyəsi
  • Ağciyərlərdə ləkə və ya qalınlaşma
  • Bədəndə çox az su (dehidrasiya) və s.
Odur ki, sağlamlığınızı mühafizə etmək məqsədilə vaxtaşırı həkim müayinələrindən keçməyiniz tövsiyə olunur.

Paylaş: