İmmunitetimizi artırmaq üçün hansı nutrientlərdən istifadə etməliyik?
İmmunitetimizi artırmaq üçün hansı nutrientlərdən istifadə etməliyik?
Adətən, soyuqlama, qrip və digər bu kimi xəstəliklərin qış fəslinə - soyuq havaların hökm sürdüyü aylara xas olduğu barədə cəmiyyətdə yanlış informasiya yayılıb. Amma bu kimi xəstəliklər yay mövsümünə də xasdır. Çünki qeyd olunan infeksion xəstəliklərin fəsli və ya mövsümü olmur. İlin bütün fəslində özümüzü bu infeksiyalardan qorumaq lazımdır. Bunun üçün immuniteti gücləndirmək tələb olunur. Bununla belə, immun sistemimizin dizaynı mürəkkəbdir və onu kimyəvi dərmansız, xüsusi qida və qida əlavələri ilə artırmaq mümkündür.
Bir sıra vitamin və minerallardan ibarət balanslaşdırılmış pəhriz, adekvat yuxu, məşq və aşağı stress kimi sağlam həyat tərzi orqanizmi infeksiya və xəstəliklərlə mübarizəyə ən effektiv şəkildə hazırlayır.
İmmunitet sistemi nədir?
Gündəlik olaraq, insan orqanizmi davamlı olaraq hər cür potensial zərərli mikroblara məruz qalır. Bədəndəki immun sistemi orqanizmi bu zərərli mikroblardan, eləcə də müəyyən xəstəliklərdən qoruyur. Bakteriyalar, viruslar və parazitlər kimi xarici işğalçıları tanıyır və dərhal tədbir görür.
Odur ki, immuniteti gücləndirmək üçün müvafiq nutrientlərdən istifadə tövsiyə olunur.

Orqanizmin immun sisteminin fəaliyyətini yaxşılaşdıran nutrientlər hansılardır?
İribuynuzlu kolostrumu 20% IgG - bulama südlü mayedir. Bu mayenin tərkibində antikor adlanan zülallar var və bu antikorlar bakteriya və viruslara qarşı mübarizə aparır. Kolosturumda antikor səviyyələri adi süddəki səviyyədən 100 dəfə yüksəkdir. İribuynuzlu kolosturumu vitaminlər, yağlar, karbohidratlar, böyümə hormonları və həzm fermentləri ilə zəngindir. Həzm sisteminin və orqanizmdə ishalın qarşısının almasında, əzələ kütləsinin artımında və bərpasında iştirak edir.
Omega-3 - İmmun sistemin güclənməsində, bədən toxumalarının bərpa olunması və yenilənməsində rol oynayır;
Sink - orqanizmdə turşu-qələvi balansını normallaşdırır, makroelementlərin metabolizmini gücləndirir, DNT sintezini stimullaşdırır, yağ turşularının metabolizmində iştirak edir. İmmun hüceyrə funksiyası və hüceyrə siqnalının kifayət qədər tez aktivləşməsi üçün çox vacibdir.
Fol turşusu - bədəndə bir çox vacib funksiyanı həyata keçirən, sintetik folat növü olan, suda həll olan bir vitamindir. Hüceyrə bölünməsində əhəmiyyətli rol oynaması səbəbindən hamiləlik, uşaqlıq və gənclik kimi sürətli inkişaf dövrlərində, qırmızı qan hüceyrələrinin yetişməsində, xüsusən hüceyrələrin bölünməsi və müxtəlif hüceyrələrin istehsalı zamanı mühüm rol oynayır. Folatın süni forması olan fol turşusu erkən doğuş və ya anadangəlmə anormal inkişaf qüsuru riskini azaldır, depressiya riskini azaldır, ürək sağlamlığını qorumağa kömək edir. Fol turşusu homosistein miqdarının qanda azalmasına hamiləlik istəyən və ya hamiləlik dövründə olan qadınlarda neyroanatomik inkişafla əlaqəli spina bifida (onurğa beyni parçalanması) və anensefaliya (beyin inkişafının olmaması) kimi sinir borusu qüsurlarının qarşısının alınmasında iştirak edir.
Vitamin C - İmmun sistemi gücləndirir;
Vitamin B12 - Yorğunluq və əzginliyə qarşı müqaviməti artırır;
Vitamin B6 - metabolizmdə aktiv iştirak edir, qırmızı qan hüceyrələrinin sintezini stimullaşdırır, sinir sisteminə təsir edir.
Orqanizmin immun sisteminin fəaliyyətini yaxşılaşdıran bioloji aktiv qida məhsullarına gəlincə isə, Nutamin 600 və Teraviti göstərə bilərik.
Odur ki, xəstələnməmək üçün və infeksiya və bakteriyalarla asan mübarizə aparmaq üçün immunitet sistemini gücləndirmək zəruridir.





