Sağlam bağırsaqlar üçün probiotiklərin rolu
Nutrisiologiya və Dietologiya Assosiasiyasının Həmtəsisçisi və İdarə Heyətinin Sədri(NUDİA), Uzman Dietoloq Dr İlqar Şamilov qeyd edir ki, probiotiklər (yunanca pro-üçün, bios-həyat) həyat üçün mənasını daşıyır. İnsan orqanizminə müvafiq miqdarda daxil edildikdə onun sağlamlığına fayda verən canlı mikroorqanizmlərdir. Ümumiyyətlə probiotiklər qidaya əlavə hesab olunur və insan sağlamlığı üçün əlavə heç bir təhlükə yaratmır.
Hansı hallarda probiotikin istifadəsini tövsiyə edirik?
- antibiotiklə terapiyadan sonra yaranan ishalların qarşısının alınması vaxtı;
- immun sistemini möhkəmləndirməkdə;
- piylənmənin profilaktikasında;
- depressiya əlamətlərini minimuma endirməkdə.
Bundan əlavə mütəxəssislərin qeyd etdiyi kimi Yer kürəsinin əhalisinin böyük bir hissəsi bağırsaq disbakteriozundan əziyyət çəkir. Belə ki, bağırsaqlarda köp, qaz, yeməklərdən sonra həzmsizlik və s. kimi problemlər əmələ gəlir. Bunun da həlli yolu üçün mütləq formada probiotikləri qida rasionuna əlavə olaraq tövsiyə edirik.
İstifadəsinə tövsiyə edəcəyim probiotik Nutribiotik məhsulu 4-14 yaş aralığında uşaqlar gündə 1 dəfə; 14 yaşdan yuxarı uşaqlar isə gündə 2dəfə istifadə edə bilər. Əgər istifadəsində hər hansı problem olarsa kapsul ikiyə ayrılıb içərisindəki toz 50 ml suya əlavə edilə bilər.





