Nuronit 25
Sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BAQM-dur.
Tərkibi: Hər 2 kapsulun tərkibini təşkil edir:
- İrimeyvəli mərcani meyvələrinin quru ekstraktı (Vaccinium macrocarpon fruit dry extract) – 300 mq
- İkievli gicitkən kökünün quru ekstraktı (Urtica doica root dry extract) – 120 mq
- Adi ayıqulağı yarpağının quru ekstraktı (Arctostaphylos uva ursi leaf dry extract) – 100 mq
- Qarğıdalı saçağının quru ekstraktı (Zea mays silk dry extract) – 100 mq
- Vitamin C (as L-Ascorbic acid) – 100 mq
- Dərmangülümbaharı çiçəyinin quru ekstraktı (Calendula officinalis flower dry extract) – 30 mq
Köməkçi maddələr: Mikrokristallik sellüloza (Microcrystalline cellulose), Maqnezium stearat (Magnesium stearate), Jelatin (Gelatine).
Forması: Kapsul
Miqdarı: №30 (10x3) blisterdə
İstifadə dozası: • Böyüklər: gündə 2 dəfə, 1 kapsul.
İstifadə qaydası: Yeməkdən bir saat sonra içmək tövsiyə olunur.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GIDA İMALAT SAN.TİC.LTD.ŞTİ., İstanbul, Türkiyə.
Fizioloji təsirləri:
- İrimeyvəli mərcani meyvələrinin quru ekstraktı — təbii antibiotik olub, bir çox patologiyalarda istifadə olunur. Tərkibi Vitaminlər (C. E, K), minerallar (K, Ca, Mg, P, S), orqanik turşular (limon, benzoy, alma, oksalat, kəhraba), əvəzolunabilən, əvəzolunmayan (Treonin, Leysin, Lizin, Triptofan, İzoleysin, Arqinin, Qlutamin, Asparaqin və s.) amin turşuları ilə zəngindir. Sidikçıxarıcı yolların və ginekoloji iltihabi xəstəliklərin müalicəsində antibakterial preparatların təsirini gücləndirmə xüsusiyyətinə malikdir. Bakteriyaların sidik-cinsiyyət sisteminin selikli qişasına yapışmasının qarşısını alaraq onların yaşaması və koloniyalar yaratmasını mümkünsüz edir. İrimeyvəli mərcani meyvələri virus əleyhinə, temperatursalıcı, antiseptik, sidikqovucu, iltihab əleyhinə təsir göstərir. Xolesterin əmələ gəlməsinin qarşısını alır və xolesterinin damar divarında toplanmasına mane olur.
Aşağıdakı təsirləri vardır:
- Tərkibindəki yüksək miqdarda olan C vitamini sayəsində iltihab əleyhinə təsir göstərir;
- Xəstəlik əmələ gətirən bakteriyalardan təmizləyir;
- Böyrək və sidikçıxarıcı yolların patologiyasında tövsiyə olunur;
- Dəri örtüyü və ağız boşluğu patologiyalarında istifadə olunur.
- İkievli gicitkən kökünün quru ekstraktı — iltihab əleyhinə, bakterisid, sidikqovucu, ödem əleyhinə, tonuslandırıcı təsir göstərir.
- Adi ayıqulağı yarpağının quru ekstraktı — tərkibində fenol qlikozidləri, hidroxinon, urosol turşusu, arbutin, metilarbutin, pirozid, kofeilarbutin vardır. Sidikqovucu və antiseptik xüsusiyyəti tərkibindəki arbutin və hidroxinon olması ilə izah edilir. Hidroxinon böyrək kanallarının epitelini qıcıqlandırır, zəif dikretik təsir göstərir. Bu proses orqanizmdən Xlor və Na ionlarının intensiv çıxmasına şərait yaradır. Arbutin və Hidroxinon həmçinin antimikrob xüsusiyyəti də vardır. Bu maddələr infeksiya əleyhinə güclü təsirə malikdir. Tərkibindəki dubil maddələr də eyni xüsusiyyətə malikdir. Ayıqulağı böyrək və sidikçıxarıcı yolların xroniki patologiyalarında tövsiyə olunur. Sidikqovucu, iltihabəleyhinə, yarasağaldıcı təsiri vardır.
- Qarğıdalı saçağının quru ekstraktı — tərkibində qlükozidlər, saponinlər, kriptosantin, askorbin, pantoten turşusu, K vitamini, inozit, sitosterol, stiqmasterol vardır. Qarğıdalı saçağının sidikqovucu, ödqovucu təsirləri vardır. Böyrək və sidikçıxarma yollarının xəstəliklərində, ödəmlərdə, qurd infaziyalarında tövsiyə olunur. Qarğıdalı saçağı öd ifrazını artırır, qatılığını və sıxlığını azaldır. Qanda protrombin səviyyəsini yüksəldir. Hipotrombipeniyada effektlidir.
- Vitamin C — suda həll olan orqanik vitamin olub, insanın həyat fəaliyyəti üçün mühüm maddədir. C vitamini orqanizmdə sintez olunmur, kənardan qida ilə alınır. Bu mikronutrientin defisiti ciddi patologiyalara səbəb ola bilər. Kimyəvi nöqteyi nəzərdən C vitamini elektronların donoru və bərpasıdır. Məhz bu xüsusiyyəti onun fizioloji effektini izah edir. Orqanizmdə koenzim rolu sümük toxuması və birləşdirici toxumanı regenerasiya etməsinə, antioksidant təsirinə səbəb olur. Güclü antioksidant təsiri toxuma və daxili orqanları sərbəst radikalların zədələrindən qoruyur. C vitamini oksidləşmə bərpa proseslərində iştirak edir, kollagen, prokollagen, steroid və neyrohormonların, mediatorların sintezində iştirak edir. Həmçinin dəmir və fol mübadiləsində iştirak edir, qan laxtalanmasını regulə edir, damar divarlarını möhkəmləndirir, iltihabəleyhinə təsir göstərir, orqanizmin allergenlərə qarşı həssaslığını azaldır, immuniteti möhkəmləndirir, M.S.S - ni dəstəkləyir, yağların parçalanmasında iştirak edir, toxuma regenerasiya proseslərini sürətləndirir, dəmirin sorulmasına şərait yaradır.
C vitamini defisiti travma almadan hemotomaların yaranmasına, yaraların gec sağalmasına, damaq qanamalarını, dəri örtüyünün qurumasına, sümük kövrəkliyinə, saç tökülməsinə, immunitetin tez-tez aşağı düşməsinə, oynaqlarda ağrılığa, tez yorulmağa, emosional zəifliyə səbəb olur.
- Dərmangülümbaharı çiçəyinin quru ekstraktı — Tərkibində karotenoidlər, rubiksantin, likopin, sitroksantin, bioloksantin, flavoxrom, flavoksantin, təbii lütein provitamin A, triterpan qlükozidlər, orqanik turşular, askorbin turşusu vardır. Antiseptik, iltihabəleyhinə, yara sağaldıcı, bakterosid, ağrıkəsici, spazmolitik, ödqovucu təsirləri vardır. Regenerasiya proseslərini yaxşılaşdırır. Qadın cinsi orqanizmində törəmələrin əmələ gəlməsinin qarşısını alır. Menustrual tsiklin simptomlarını aradan qaldırır. Uşaqlığın tonusunu azaldır. Bakterial infeksiya və iltihabın qarşısını alır.
İstifadəsinə tövsiyə olunan hallar:
- Sistid;
- uretrit;
- böyrək iltihabı;
- böyrək daşı xəstəliyi;
- sidik cinsiyyət sisteminin ifrazatlı xəstəliklərindən əziyyət çəkən pasientlərə tövsiyyə oluna bilər.





