Ferrosen Plus
Qanazlığı ilə müşayiət olunan hallarda köməkçi vasitə kimi tövsiyə olunan bioloji aktiv qida məhsuludur.
Tərkibi: Hər 10 ml şərbətin tərkibini təşkil edir:
- Dəmir (Dəmir bisqlisinat formasında) / Ferrum (as Ferrum bisglycinate) – 10 mq
- Sink (Sink sulfat formasında) / Zinc (as Zinc sulfate) – 10 mq
- Vitamin C (as L-ascorbic acid) – 50 mq
- Vitamin B9 (as Folic acid) – 300 mkq
- Vitamin B12 (Cyanocobalamin) – 4 mkq
Köməkçi maddələr: Natrium benzoat (Sodium benzoate), Kalium sorbat (Potassium sorbate), Ksantan kitrəsi (Xanthan gum), Limon turşusu (Citric acid),
Sorbitol (Sorbitol),Təmizlənmiş su (Purified water).
Forması: Şərbət
Miqdarı: 150 ml
İstifadə dozası: • 4-14 yaş arası uşaqlar: gündə 2 dəfə, hər dəfə 5 ml.
• 14 yaşdan yuxarı uşaqlar və böyüklər: gündə 2 dəfə, hər dəfə 10 ml.
İstifadə qaydası: Yeməkdən sonra istifadə etmək tövsiyə olunur.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçının ünvanı: VEGA İLAÇ KOZMETİK GIDA İMALAT SAN.TİC.LTD.ŞTİ.
Fizioloji təsirləri:
- Dəmir — orqanizmin koqnitiv funksiyalarını normallaşdırır, qırmızı qan hüceyrələrinin sintezini stimullaşdırır. Qanda oksigen daşıyan hemoqlobinin istehsalı üçün vacibdir. Hüceyrələrə və toxumalara ümumi oksigen nəqlini dəstəkləyir. Orqanizmdə dəmir çatışmazlığı dəmir defisitli anemiyaya (qanazlığına) gətirib çıxarır.
- Vitamin C — metabolik təsirə malikdir. Orqanizmdə sintez olunmur, yalnız kənardan qida vasitəsilə qəbul olunur. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini zəiflədir. Karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi və immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir. Bağırsaqlardan dəmirin sorulmasında, immun sisteminin gücləndirilməsində təsir göstərir.
- Vitamin B9 — dəmir defisitli anemiyalar zamanı qanyaradıcı orqanlarda toplanaraq qanyaranma proseslərini stimulyasiya edir. Baş ağrıları, yuxu pozğunluğunun aradan qaldırılmasında təsir göstərir. Eyni zamanda fol turşusu bağırsaqların və qaraciyərin funksiyalarına əhəmiyyətli dərəcədə təsirə malikdir. Qaraciyərdə xolinin sintezini artırır və piy infiltrasiyasını məhdudlaşdırır. Fol turşusu immun sistemini gücləndirir, ağ qan hüceyrələrinin yaranmasını və funksionallığını artırır, hamiləlik zamanı embrionun sinir hüceyrələrinin bölünməsində və formalaşmasında vacib rola malikdir.
- Sink — dadbilmə və qoxubilmə hissiyyatının bərpasında, dəridə baş verən piqmentasiya pozğunluqlarının bərpasında mühüm təsirə malikdir. İmmunitet sistemini dəstəkləyir, bədənin infeksiyalarla mübarizə aparmasına kömək edir. Yaraların sağalmasında və toxuma bərpasında rol oynayır. Dərinin sağlamlığının qorunmasını təmin edir.
- Vitamin B12 — əzginlik, diqqət dağınıqlığı və koqnitiv pozuntuların qarşısının alınmasında mühüm təsirə malikdir. Beyin və sinir sisteminin normal fəaliyyətini təmin edir. Qırmızı qan hüceyrələrinin meydana gəlməsi və anemiyanın qarşısının alınmasında rolu var. Eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Həmçinin, vitamin B12 hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir.
İstifadəsinə tövsiyə olunan hallar: Qan azlığı, baş ağrıları, halsızlıq, əhval-ruhiyyənin olmaması, baş gicəllənmə, ürək bulanma, iştahasızlıq, ayaqlarda tiklərin olması, diqqət dağınıqlığı, unutqanlıq, fikrin cəmləşə bilməməsi, saç tökülməsi, qoxu və dadbilmədə hissiyyatının zəifləməsi, postcovid simptomlarının yaratdığı fəsadlardan şikayətlənən, yuxu pozğunluğu, yaddaş pozğunluğu, dəridə baş verən piqmentasiya pozğunluqları, ferritinin aşağı olması aşağı və yuxarı ətraflarda keyimə hissiyyatının olması və s. bu kimi hallarda istifadəsi tövsiyə olunandır.





