Uronit 500

Sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BAQM-dur.

Sidik və cinsiyyət orqanlarının fəaliyyətini yaxşılaşdıran

Uronit 500

Uronit 500

Sidik-ifrazat sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BAQM-dur.

Tərkibi: Hər 2 kapsulun tərkibini təşkil edir:

  • Qızılçubuq qızılsəbət gövdəsinin quru ekstraktı (Solidago virgaurea herb dry extract) – 100 mq 
  • Adi ayıqulağı yarpağının quru ekstraktı (Arctostaphylos uva-ursi leaf dry extract) – 100 mq 
  • Tarla qatırquyruğu gövdəsinin quru ekstraktı (Equisetum arvense herb dry extract) – 90 mq 
  • Böyrək çayı yarpağının quru ekstraktı (Ortosiphon Stamineus leaf dry extract) –90 mq
  • Qarğıdalı saçağının quru ekstraktı (Zea mays silk dry extract) – 90 mq 
  • Dərman levistiki kökünün quru ekstraktı (Levisticum officinale root dry extract) – 80 mq 
  • Kiçik qızılçətir otunun tozu (Centaurium erythrae herb powder) – 80 mq 
  • Qıvrım cəfəri kökünün quru ekstraktı (Petroselinum crispum root dry extract) – 70 mq 
  • Natrium sitrat (Sodium citrate) – 30 mq 
  • Kalium sitrat (Potassium citrate) – 30 mq

Köməkçi maddələr: Mikrokristallik sellüloza (Microcrystalline cellulose), Maqnezium stearat (Magnesium stearate), Jelatin (Gelatine).

Forması: Kapsul
Miqdarı: №30 (10x3) blisterdə
İstifadə dozası: • Böyüklər: gündə 1 dəfə, 1 kapsul.

İstifadə qaydası: Yeməkdən bir saat sonra içmək tövsiyə olunur.

Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq. 
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GIDA İMALAT SAN.TİC.LTD.ŞTİ., İstanbul, Türkiyə.
Fizioloji təsirləri:  

  • Qızılçubuq qızılsəbət gövdəsinin quru ekstraktı — tərkibində orqanik turşular (xinin və s), diterpenoidlər, triterpenoidlər, saponinlər, fenol birləşmələr, fenolkarbon turşuları və onlardan alınan flavonoidlər, kumarinlər, fitoekdizonlar vardır. Müasir dövrdə uropotogenlərin antibioktikrezisentliyinə görə tez-tez baş verən residivlər zamanı hər dəfə  antibiotiklərə müraciət edilməsi şüphə yaradır. Ənənəvi komplesks terapiyada fitonutrientlərdən istifadə edilməsi müalicənin effektini yüksəldir. Bu xüsusdan Qızılçubuq qızılsəbət gövdəsinin quru ekstraktı urologiya fitoterapyasında klassik komponent sayılır və unikal təsirlərə malikdir. Böyrək və sidikçıxarıcı orqanların kəskin və xroniki, həmçinin funksional xəstəliklərində uğurla istifadə olunur. Hal hazırda Avropa Dərman Maddələri Haqda Agentlik (ADMA) bu bitkinin peroral qəbulunun standartlaşmasını nəzərdə tutur.(5-7:1 ekstadent-etanol)
    Qızılçubuq qızılsəbət gövdəsinin quru ekstraktı - S.Virgaurea qarşı sitotoksiki, antimikrob, antimutagen, analgetik təsir göstərir.Tərkibindəki flavonoidlər (rutin, kversitin) güclü ağrıkəsici, spazmolitik, antioksidant, diuretik təsir göstərir. Böyrəküstü vəzlərə təsiri nəticəsində qlukokortikoid hormonların sintezini artırır və nəticədə güclü iltihab əleyhinə təsir göstərir. Həmçinin qram (-); qram (+)  bakteriyalara qarşı, Escherichia Colli, Klebsiella pneumoniae qarşı güclü təsirə malikdir.Həmçinin steptococcus feacali və Candida Albicansa qarşı da təsiri vardır. Bu xüsusiyyəti onu başqa fitouroseptiklərdən fərqləndirir.
    Diuretik təsiri ilə yanaşı, akvaretik təsiri də vardır.Sidiyin həcmini Na, K və digər ion balansına təsir etmədən artırır
  • Adi ayıqulağı yarpağının quru ekstraktı  — tərkibində fenol qlikozidləri, hidroxinon, urosol turşusu, arbutin, metilarbutin, pirozid, kofeilarbutin vardır. Sidikqovucu və antiseptik xüsusiyyəti tərkibindəki arbutin və hidroxinon olması ilə izah edilir. Hidroxinon böyrək kanallarının epitelini qıcıqlandırır, zəif dikretik təsir göstərir. Bu proses orqanizmdən Xlor və Na ionlarının intensiv çıxmasına şərait yaradır. Arbutin və Hidroxinon həmçinin antimikrob xüsusiyyəti də vardır. Bu maddələr infeksiya əleyhinə güclü təsirə malikdir. Tərkibindəki dubil maddələr də eyni xüsusiyyətə malikdir. Ayıqulağı böyrək və sidikçıxarıcı yolların xroniki patologiyalarında tövsiyə olunur. Sidikqovucu, iltihabəleyhinə, yarasağaldıcı təsiri vardır.
  • Qarğıdalı saçağının quru ekstraktı  — tərkibində qlükozidlər, saponinlər, kriptosantin, askorbin, pantoten turşusu, K vitamini, inozit, sitosterol, stiqmasterol vardır. Qarğıdalı saçağının sidikqovucu, ödqovucu təsirləri vardır. Böyrək və sidikçıxarma yollarının xəstəliklərində, ödəmlərdə, qurd infaziyalarında tövsiyə olunur. Qarğıdalı saçağı öd ifrazını artırır, qatılığını və sıxlığını azaldır. Qanda protrombin səviyyəsini yüksəldir. Hipotrombipeniyada effektlidir.
  • Qıvrım cəfəri kökünün quru ekstraktı — Amin turşu və efir yağının mürəkkəb kombinasiyasına malikdir.Sağlamlıq üçün faydalıdır.Bu onun kimyəvi tərkibinin zənginliyi ilə bağlıdır.Tərkibində makro və mikro elementlər(Na, K, P, Ca, Mg, Zn, Fe, S), vitaminlər(A, C, B  qrupu, PP), pektin, flavonoidlər, fitonsidlər, efir yağları, yağ turşuları, mineral duzlar və s vardır.Qıvrım cəfəri immuniteti qaldırır, görməni bərpa edir, ağız boşluğunun vəziyyətini kompleks yaxşılaşdırır, orqanizmi sərbəst radikallardan müdafiə edir, ürək-damar sistemini dəstəkləyir, metobolizmi, su-duz balansını normallaşdırır, hemodinamikanı yaxşılaşdırır, orqanizmdən şlak və toksinlərin çıxarılmasında iştirak edir, iştahanı bərpa edir.
  • Dərmangülümbaharı çiçəyinin quru ekstraktı​ — Tərkibində karotenoidlər, rubiksantin, likopin, sitroksantin, bioloksantin, flavoxrom, flavoksantin, təbii lütein provitamin A, triterpan qlükozidlər, orqanik turşular, askorbin turşusu vardır. Antiseptik, iltihabəleyhinə, yara sağaldıcı, bakterosid, ağrıkəsici, spazmolitik, ödqovucu təsirləri vardır. Regenerasiya proseslərini yaxşılaşdırır. Qadın cinsi orqanizmində törəmələrin əmələ gəlməsinin qarşısını alır. Menustrual tsiklin simptomlarını aradan qaldırır. Uşaqlığın tonusunu azaldır. Bakterial infeksiya və iltihabın qarşısını alır.
  • Tarlaqatırquyruğu gövdəsinin quru ekstraktı —Tərkibində flavonoidlər, qlikozidlər, sapominlər, üzvi turşular, alkaloidlər, zülallar, karbohidratlar, efir yağları, vitamin e, karotin vardır. Sidikqovucu, iltihabəleyhinə, qanı bərpaedici, ümumi möhkəmləndirici, yarasağaldıcı, təsirləri vardır. Su-duz balansını normallaşdırır.Daxili qanaxmalarda, öd və böyrəklərin iltihabi və daş xəstəliklərində istifadə olunur.
  • Böyrək çayı yarpağının quru ekstraktı — Tərkibində olan bioloji aktiv maddələr-ortosifonin qlikozidli, triterpen saponinləri, efir yağları, üzvi turşular, alkaloidlər və s hesabına güclü diuretik, uroseptik, iltihabəleyhinə, litolitik, spazmolitik, ödqovucu təsirlər göstərir.Güclü sidikqovucu effekti hesabına sidiklə orqanizmdən sidik turşusu, sidik cövhəri və xloridlərin xaric olması baş verir.Ortosifon böyrək qan dövranını artırır, kanalcıqların, işini normallaşdırır, yumaqcıq funksiyasını yüksəldir, litolistik xüsusiyyəti hesabına daşları qum şəklinə çevirir, həmçinin onların xaric olmasını asanlaşdırır.
  • Kiçik qızılçətir otunun tozu — Tərkibi bioloji aktiv maddələrlə zəngindir-alkaloidlər(gensianin), qlikozidlər(sversiamarin, amarigentin, gensionekrin, eritrosintaurin və s), flavonoidlər( sentaurin), turşular( fenolkarbon, olein, askorbin), sterollar, efir yağı (ftalid), qətran. Sidik-cinsiyyət sisteminin xəstəlikləri zamanı iltihabı prosesi aradan qaldırır, ifrazat sisteminin işini normallaşdırır.
  • Dərman levistiki kökünün quru ekstraktı — Tərkibində əsas təsiredici bioloji aktiv maddələr- efir yağı, askorbin, angelik və fenolkarbon turşusu, flavonoidlər( kversetin), karvakrol, furokumarinlər, mineral maddələrdir. Efir yağının tərkibinə D-α-terpineol, sineol, sirkə, izovalerian və benzoy turşuları daxildir. Aktiv maddələr hesabına diuretik, antiseptik, iltihabəleyhinə spazmolitik, ödqovucu effektlərə malikdir. Sidikqovucu xüsusiyyəti hesabına orqanizmdən toksinləri xaric edir.Pielonefrit, həmçinin ürək xəstəliklərində müşahidə olunan ödemlərdə istifadəsi effektivdir.
  • Natrium sitrat — Limon turşusunun Natrium duzudur. İnsan orqanizmində əsas sitrat ionu şəklində mövcuddur.Sitrat ionu-trikarbon turşusu tsiklinin metobolitlərindəndir.Metobolik asidos və böyrəklərin xəstəliklərində istifadə olunur.Sidiyin tərkibini qələviləşdirir, sidikdən sərbəst bikarbonatın ayrılmasını təmin edir.Böyrəklərdə daş əmələ gəlməsinin qarşısını alır.
  • Kalium sitrat — Limon turşusu və kalium duzunun kimyəvi birləşməsidir.Sidik turşusu və sistindən əmələ gələn böyrək daşlarının müalicəsində istifadə edilir. Kalium sitrat tez sorulur və sidiklə xaric olur.Nəzərə alsaq ki, bu qələvi duzdur o ağrını effektiv azaldır və sidiyin turş mühitinin yüksəlməsindən əmələ gələn tez-tez sidiyə getmənin qarşısını alır.Hipokalemiya zamanı tövsiyə olunur.

İstifadəsinə tövsiyə olunan hallar: 

  • Sistid;
  • uretrit;
  • böyrək iltihabı;
  • böyrək daşı xəstəliyi;
  • sidik cinsiyyət sisteminin ifrazatlı xəstəliklərindən əziyyət çəkən pasientlərə tövsiyyə oluna bilər.

Paylaş: