Nutamin 600
İmmun sisteminin fəliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BAQM–dur.
- Tərkibi: Hər 1 kapsulun tərkibində:
- İribuynuzlu Kolostrumu 20% IgG (Bovine colostrum 20% IgG) – 450 mq
- Vitamin B9 (as Pteroylmonoglutamic acid) – 300 mkq
- Yod / İodine (as Potassium iodide) – 150 mkq
Köməkçi maddələr: Jelatin (Gelatine), Mikrokristallik sellüloza (Microcystalline cellulose), Kolloidal silisium dioksid (Colloidal silicon dioxide), Maqnezium stearat (Magnesium stearate).
Forması: Kapsul
Miqdarı: №30 şüşə flakon
İstifadə dozası: Böyüklər: gündə 2 dəfə, 1 kapsul.
İstifadə qaydası:Yeməkdən sonra qəbul etmək tövsiyə olunur.
Əks göstərişləri: Məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı fərdi həssaslıq.
Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra qəbul etmək olmaz.
İstehsalçı: VEGA İLAÇ KOZMETİK GIDA İMALAT SAN.TİC.LTD.ŞTİ.
Fizioloji təsirləri:
- İribuynuzlu kolosturumu — bulama südlü mayedir. Bu mayenin tərkibində antikor adlanan zülallar var və bu antikorlar bakteriya və viruslara qarşı mübarizə aparır. Kolosturumda antikor səviyyələri adi süddəki səviyyədən 100 dəfə yüksəkdir. İribuynuzlu kolosturumu vitaminlər, yağlar, karbohidratlar, böyümə hormonları və həzm fermentləri ilə zəngindir. Həzm sisteminin və orqanizmdə ishalın qarşısının almasında, əzələ kütləsinin artımında və bərpasında iştirak edir.
- Fol turşusu (Vitamin B9) — bədəndə bir çox vacib funksiyanı həyata keçirən, sintetik folat növü olan, suda həll olan bir vitamindir. Hüceyrə bölünməsində əhəmiyyətli rol oynaması səbəbindən hamiləlik, uşaqlıq və gənclik kimi sürətli inkişaf dövrlərində, qırmızı qan hüceyrələrinin yetişməsində, xüsusən hüceyrələrin bölünməsi və müxtəlif hüceyrələrin istehsalı zamanı mühüm rol oynayır. Folatın süni forması olan fol turşusu erkən doğuş və ya anadangəlmə anormal inkişaf qüsuru riskini azaldır, depressiya riskini azaldır, ürək sağlamlığını qorumağa kömək edir. Fol turşusu homosistein miqdarının qanda azalmasına hamiləlik istəyən və ya hamiləlik dövründə olan qadınlarda neyroanatomik inkişafla əlaqəli spina bifida (onurğa beyni parçalanması) və anensefaliya (beyin inkişafının olmaması) kimi sinir borusu qüsurlarının qarşısının alınmasında iştirak edir.
- Yod — orqanizm üçün önəmli olan tiroid hormonunun əsas komponentidir. Tiroid hormonu qalxanabənzər vəzidə sintez olunur. Yod mikroelement tərkibli hormonları, boyu, enerji və istilik mübadiləsini tənzimləyir, yağların, zülalların, karbohidratların oksidləşməsini artırır, qanın laxtalanması və trombun əmələ gəlməsinin qarşısını alır. Yodun orqanizmdə çatışmazlığı yorğunluq və zəiflik hissi, yaddaş pozuntusu, dəri quruluğu, saçların nazikləşməsi və tökülməsi, nəbzin və ürək döyüntülərinin zəifləməsi, soyuğa qarşı dözümsüzlük, çəki artması, menstruasiyanın pozulması kimi halların qarşısının alınmasında tövsiyyə olunur.





