Çiyələk
Çiyələk
Çiyələk (lat. Fragaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Toxumları meyvənin üzərində (xaricdə) yerləşən azsaylı meyvələrdən biridir. Əksər meyvələrin toxumları meyvənin içərisində yerləşdiyi halda çiyələk istisnalıq təşkil edir.
Çiyələyin faydaları nələrdir?
- Çiyələyin təzə meyvələrindən, eləcə də qurudulmuş kökümsovlarından sulu bişirmə hazırlayıb ödqovucu dərman kimi qəbul edilir. Kökümsovlarını toplayıb soyuq suda yuyub qurudandan sonra çay kimi dəmləyərək babasil xəstəliyinə qarşı içirlər.
- Qurudulmuş meyvələrindən və yarpaqlarından çay hazırlayıb yel xəstəliyi və podaqra xəstəliklərinə qarşı içirlər. Bu məqsədlə qurudulmuş meyvələri və yarpaqları ayrı-ayrılıqda xırdalayıb qarışdırır, sonra ondan 2 xörək qaşığı 1 stəkan qaynar suda çay kimi dəmləyib gündə 2 dəfə, hər dəfə də yarım stəkan qəbul edirlər. Çiyələyin meyvələri qanazlığında və ümumi zəiflikdə eləcə də ağciyər xəstəliklərində qüvvətverici kimi çox faydalıdır.
- Çiyələyin sağlamlıq üçün çox mühüm əhəmiyyəti vardır. Ondan daha geniş istifadə etmək zəruridir.
- Sərbəst radikallar bədəndə hüceyrə metabolizmasının əlavə məhsulu kimi istehsal olunur. Bu zərərli əlavə məhsullar sağlam hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsindən məsuldur.
- Çiyələk tərkibində C vitamini, antosiyanin, kimferol, folat və quercetin var. Bu flavonoidlər çiyələklərin antioksidant və antikanserogen xüsusiyyətlərini təşkil edir.
- Gündə bir porsiya çiyələk istehlakı bədəninizin oksidləşməyə reaksiyasını gücləndirməyə və şiş böyüməsinin qarşısını almağa kömək edə bilər. Tədqiqatlar göstərir ki, müntəzəm çiyələk istehlakı xərçəng hüceyrələrinin metastazını əhəmiyyətli dərəcədə azaldır və eyni vaxtda müalicəni yaxşılaşdırmağa kömək edir.
|
Qidanın tərkibi: |
100 qr çiyələyin tərkibindəki nutrient miqdarı |
1 kasa çiyələyin tərkibindəki (144 qr) nutrient miqdarı |
|
Kalium (mg) |
153 |
220.32 |
|
Vitamin C (mg) |
58.8 |
84.67 |
|
Kalsium (mg) |
16 |
23.04 |
|
Vitamin A (iu) |
12 |
17.28 |
|
Karbohidrat (qr) |
7.68 |
11.06 |
|
Lif (qr) |
2 |
2.88 |
|
Natrium (mg) |
1 |
1.44 |
|
Zülal (qr) |
0.67 |
0.96 |
|
Dəmir |
0.41 |
0.59 |
|
Yağ (qr) |
0.3 |
0.43 |
|
Xolesterol (mg) |
0 |
0 |




