Portağal

Portağal

Portağal

Dünyanın subtropik rayonlarının əksəriyyətində geniş sahələrdə becərilir. Vətəni Yeni Çin və Hind - Çindir. Azərbaycanda isə Böyük Qafqaz və Talışda mədəni halda rast gəlinir.

Portağalın faydaları nələrdir?

Qış aylarında tez-tez istehlak edilən portağalın C vitamini qaynağı olduğu bilinsə də, bilinməyən bir çox faydası var. Həm uşaqların, həm də böyüklərin sağlamlığını qoruyan portağalın bəzi faydaları bunlardır:

  • Soyuqdəymə, qrip və əzələ ağrıları kimi şikayətlərin qarşısını alır..
  • Tərkibində olan antioksidant maddələr damarları və kapilyarları gücləndirərək ürək sağlamlığını qoruyur.
  • Tərkibindəki C vitamini öskürəyi azaldır, qanın laxtalanmasını, mədəaltı vəzi və mədə xərçənginin qarşısını alır.
  • Qabığındakı uçucu maddənin xərçəngi sağaldıcı təsiri olduğu təsbit edildiyi üçün bəzi xərçəng dərmanlarının kombinasiyasında istifadə edilir.
  • Cənubi Fransa və İtaliya kəndlərində yaşayan qızların dərisinin parlaq və çəhrayı olmasının portağaldan qaynaqlandığı deyilir.
  • Tərkibində olan karotin qanı təmizləyir, dərini gözəlləşdirir və dərinin qurumasının qarşısını alır.
  • Bağırsağı yumşaldır və bədənə güc və enerji verir.
  • Böyrəkləri qoruyur və böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.
  • Xolesterolu aşağı salan meyvələr arasında birinci yerdədir.
  • Tərkibindəki maqnezium qan təzyiqini tarazlayaraq yüksək təzyiqi tənzimləyir.

 

 

Qidanın tərkibi:

100 qr portağalın  tərkibindəki nutrient miqdarı

1 ədəd portağalın tərkibindəki (220 qr) nutrient miqdarı

Vitamin A (iu)

225

495

Kalium (mg)

169

371.8

Vitamin C (mg)

45

99

Kalsium (mg)

43

94.6

Karbohidrat (qr)

11.54

25.39

Lif (qr)

2.4

5.28

Zülal (qr)

0.7

1.54

Yağ (qr)

0.21

0.46

Dəmir

0.09

0.2

Natrium (mg)

0

0

Xolesterol (mg)

0

0

Paylaş: