Heyva

Heyva

Heyva

Kiçik ağac və ya koldur, hündürlüyü 1,5-5 m-dir. Yarpaqları yumurtavari-oval və ya oval, tam kənarlı, üst tərəfdən tünd yaşıl, (2) 4-5 (14) sm uzunluğunda, (2) 3-5 (11) sm enində, qısa saplaqlıdır.
O, çox qədimdən şərq ölkələrində becərilən və istifadə olunan qiymətli bitkilərdən biridir. Heyvanın elmi adı "Sidoniya"dır. Bu Yunan sözüdür – deməli heyvaya bu adı verən yunanlar olmuşdur. Ədəbiyyatdan məlumdur ki, hələ b.e.ə VII əsrdə yunanlar heyvanı "Krit" adasında becərmişlər. Heyvanın meyvələrinin dadı və gözəlliyi xoşlarına gəldiyi üçün yunanlılar ona şəhərləri "Sidoniyanın" adını vermişlər.
Tarixi məlumata görə, qədim yunanlarda belə bir adət varmış ki, qızlarının xeyir işində, daha doğrusu qızlarını köçürən məqamda onlara heyva yedirdərmişlər ki, "Afrodit" kimi sevgidə xoşbəxt olsunlar.

Heyvanın faydaları nələrdir?

Bitki aprel-may aylarında çiçəkləyir, meyvələri sentyabr-oktyabrda yetişir. Heyva çox faydalı bitki kimi respublikamızın əksər rayonlarında çox qədimdən becərilir.
Heyva meyvələrində bir çox faydalı və müalicə əhəmiyyətli maddələr vardır: onlardan 4-5 %-ə qədər şəkər, 2 %-ə qədər üzvi turşular (alma, limon turşuları), karotin və C vitaminləri, peyvənd maddələri, efir yağı, dəmir duzları və s. göstərmək olar.

 

Qidanın tərkibi:

100 qr heyvanın  tərkibindəki nutrient miqdarı

1 ədəd heyvanın tərkibindəki (250 qr) nutrient miqdarı

Kalium (mg)

200

500

Karbohidrat (qr)

13.92

34.8

Vitamin C (mg)

13

32.5

Kalsium (mg)

10

25

Vitamin A (iu)

6

15

Lif (qr)

3.23

8.07

Natrium (mg)

2

5

Dəmir

0.6

1.5

Zülal (qr)

0.18

0.88

Yağ (qr)

0.14

0.35

Xolesterol (mg)

0

0

Paylaş: