Dəmiri artıran qidalar
Bədənin qırmızı qan hüceyrələrini, əzələ hüceyrələrini və bir çox fermentləri yaratmaq üçün dəmirə ehtiyacı var. Bədən dəmirlə zəngin balanslaşdırılmış pəhriz ilə kifayət qədər dəmir tədarükünü təmin edə bilər. Dəmirin kifayət qədər istifadə edilmədiği hallarda dəmir çatışmazlığı yarana bilər. Bu da özü ilə bir çox sağlamlıq problemlərini gətirir. Buna görə də dəmirlə zəngin qidaları seçmək və gündəlik qidalanmada bəzi qaydalara riayət etmək mütləq vacibdir.
Bədəndə dəmir ehtiyatını qoruyub saxlamaq
Bədəndə qan əmələ gəlməsi və hüceyrələri oksigenlə təmin etməsi üçün bir sıra metabolik proseslərdə dəmirə ehtiyac var.Demir, qanda oksigenin daşınmasında, əzələlərdə oksigenin saxlanmasında, hormonların əmələ gəlməsində, fermentlərin əmələ gəlməsində, infeksiyalara qarşı immun sisteminin dəstəklənməsində və immun sisteminin gücləndirilməsində rol oynayır. Dəmir bədəndə saxlanıla bilən bir mineraldır. Dəmirin təxminən 60 faizi qanda (hemoqlobin), 25 faizi qaraciyərdə, dalaqda və sümük iliyində (ferritin və hemosiderin), qalan 15 faizi isə əzələ zülalına (mioqlobin) və fermentlərə bağlanır. Vitamin C qidalardaki dəmirin bağırsaqlardan qana yaxşı mənimsənilməsini artırır.
Vegeterianlar və veganlarda dəmir çatışmazlığı olurmu?
Bədən özü dəmir istehsal edə bilmədiyi üçün onu kənardan yani qidalardan alır. Dəmir çatışmazlığı pis qidalanma və ya xəstəliklər səbəbindən baş verə bilər. Dəmir çatışmazlığı yetərsiz qidalnma ilə əlaqədardırsa, dəmirlə zəngin pəhriz bunu düzəldə bilər. Dəmir çatışmazlığı tez-tez qan itkisindən sonra (məsələn, əməliyyatdan, qan donorluğundan və ya menstrual qanaxmadan sonra) baş verə bilər. Dəmir çatışmazlığı “dəmir çatışmazlığı anemiyası”na çevrilə bilər. Bu, daimi dəmir çatışmazlığı səbəbindən adekvat qan meydana gəlməsinə imkan verməyən bir xəstəliyə də aid ola bilər. Dəmir çatışmazlığı üçün risk qruplarına aşağıdakılar daxildir:
Vegetarianlar, veganlar, uşaqlar, yeniyetmələr, ağır menstrual qanaxması olan qadınlar, hamiləlik və ana südü verən zaman qadınlar, Kron xəstəliyi və ya xoralı kolit kimi dəmirin udulmasını çətinləşdirən xroniki bağırsaq xəstəliyi olan insanlar və dəmirin udulmasını poza bilən dərmanlardan istifadə edən pasiyentlər.
Dəmir çatışmazlığının səbəb ola biləcəyi əlamətlər hansılardır? Hansı səbəblər zamanı Dəmir çatışmazlığında şüphələnməliyəm
Bunların arasında;
• Yorğunluq, solğun görünüş,
• Zəif və kövrək dırnaqlar,
• Kobud və çatlamış dəri,
• Solğun və cansız saçlar,
• Başgicəllənmə,
• Ürək döyüntüsü,
• Yuxu pozğunluqları,
• Diqqəti cəmləməkdə çətinlik,
• Yavaş maddələr mübadiləsi sürətinə malikdir.
Dəmir bir çox qidada təbii olaraq tapılan bir mineraldır. Ən çox nələrdə var.
Qırmız Ət məhsulları yüksək miqdarda dəmir ehtiyacını qarşılayır
Bunları aşağıdakı kimi sıralamaq olar:
• Qırmızı və ağ ət, balıq və dəniz məhsulları kimi heyvan mənşəli qidalar
• Paxlalılar, meyvələr, qoz-fındıq, taxıl və tərəvəzlər
• Dəmirlə ən zəngin meyvələr qurudulmuş meyvələr, xüsusilə də, əncir və ərikdir.
*Bitkilərdə də yüksək miqdarda dəmir var, lakin onlar ət və ya balıqda olan dəmirə nisbətdə bədən tərəfindən daha az sovrulur.
• Küncüt, tahin, fındıq, püstə, anakardiya, yulaf, ərik qurusu və kişmiş yüksək dəmir tərkibli bitki qidalarındandır.
• Sakatat, quş əti, xüsusilə hinduşka, balıq və dəniz məhsulları
• Yumurta, süd məhsulları, tünd yaşıl yarpaqlı tərəvəzlər, taxılkimilər və meyvələr
• Kəklikotu, zirə, köri, zəncəfil və ya keşniş kimi ədviyyatlar da dəmirlə zəngindir.
*Orqanizmdə bitki mənşəli dəmir səviyyəsinin udulmasını artırmaq üçün C vitamini ilə zəngin qidalar (məsələn, pomidor, kivi, biber, sitrus meyvələri) istifadə edilməlidir.
Yemək zamanı və yemək sonrası çay və qəhvədən istifadə etməyin.
Balanslı və şüurlu qidalanmaya diqqət yetirdikdə, dəmir ehtiyacı adətən təzə qidalarla qarşılanır. Dəmirin udulmasını müxtəlif qidalarla dəstəkləmək faydalıdır. Məsələn, yeməklə birlikdə C vitamini ilə zəngin portağal suyu içə və ya bol limonlu salat istifadə edə bilərsiniz. Qəhvə və çayın tərkibində olan taninlər dəmirin udulmasına əngəl olur, buna görə də yemək zamanı və ən azı 2 saat sonra qəhvə və çaydan istifadə etməmək lazımdır. Süd və kakao, turşulu içkilər və bəzi spirtli içkilər də dəmirin udulmasına maneə törədir. Mümkündürsə, xüsusilə, yemək zamanı bu içkilərdən istifadə etməmək lazımdır. Dəmir əlavələri qidalar dəmir qəbulu üçün kifayət etmədikdə də istifadə edilə bilər.
Dəmir çatışmazlığını necə müalicə edək?
Dəmir çatışmazlığı zamanı qida əlavələrinin və pəhrizin bərpası üçün dietoloqa müraciət etməyiniz tövsiyə edilir. Dietoloqlar sağlam həyat tərzi sürmək istəyən və ya sağlamlıqla bağlı müəyyən məqsədə çatmağı hədəfləyən insanların ehtiyaclarına uyğun olaraq qidalanma proqramları yaradırlar. Onlar xəstəxanalarda, müalicə müəssisələrində, klinikalarda və digər əlaqəli müəssisələrdə işləyirlər. Bir diyetoloqa müariət edərək siz - qidalanma problemləri və sağlam qidalanma vərdişləri ilə bağlı məsləhətlər ala bilərsiniz, qidalanma planlarınız hazırlanmasına nail ola bilərsiniz, yemək nümunələrinin təsirlərini öyrənə bilərsiniz. Analar, körpələr və ya yaşlılar kimi xüsusi qruplara aid şəxslər də daxil olmaqla sağlam qidalanma ilə bağlı hər kəs həyatının bütün yaş mərhələlərində dietoloqa müraciət edə bilər.
NUDİA - Nutrisologiya və Diyetologiya Assosiasiyasının üzvü, Uzman diyetoloq Nigar Qarahmədova





