Hamilə qadınlar daha çox hansı nutrientlərdən istifadə etməlidir?

Hamilə qadınlar daha çox hansı nutrientlərdən istifadə etməlidir?
17 2024 11:45

Hamilə qadınlar daha çox hansı nutrientlərdən istifadə etməlidir?

Hamilə qadınlar daha çox hansı nutrientlərdən istifadə etməlidir?

Hamiləlik dövründə sağlam qidalanma əsas şərtlərdən sayılır. Bunun üçün qəbul edilən hər bir qidaya onun tərkibindəki maddələrə uyğun olaraq diqqət yetirmək lazımdır. Çünki hamiləlik dövrü üçün faydalı və zərərli qidalar mövcuddur. Bəzi vitaminlər və minerallar hamiləlik zamanı çox vacibdir. Bətndə olan körpənin böyüməsi və inkişafı üçün düzgün qidalar qəbul etmək lazımdır.

Hamiləlik dövründə əməl olunması vacib qaydalardan biri düzgün qidalanmadır. Yaxşı qidalanma hamiləlik müddətində vücuddakı əlavə tələblərin öhdəsindən gəlməyə kömək edir. Məqsəd isə dölün böyüməsini dəstəkləmək və sağlam çəki saxlamaq üçün kifayət qədər qida qəbulunu balanslaşdırmaqdır.

Hamiləlikdə sağlam həyat tərzi və pəhriz lazım olan vitamin və mineralların çoxunu almağa kömək edir. Tibbdə sübut olunan tövsiyələrdən biri də hamiləlik dövründə fol turşusu qəbul etməyin vacibliyidir.

Vitaminlər və minerallar bədənin bütün funksiyalarında mühüm rol oynayır. Sağlam qidalar yemək və hər gün tərkibində vitamin və minerallar nutrientlər qəbul etmək hamiləlik zamanı zəruridir.

Hamiləlik zamanı fol turşusu, dəmir, kalsium, D vitamini, xolin, omeqa-3 yağ turşuları, B vitaminləri və C vitamini lazımdır.

Hər gün hamiləliyin 12 həftəsinə qədər 400 mikroqram fol turşusu qəbul etmək tövsiyə olunur. Bu, hamiləliyin ilk həftələrində körpənin inkişafında problem riskini azaltmaq üçündür.

Eyni zamanda, gündəlik D vitamini əlavəsi qəbul etmək də zəruridir. Bu dövrdə A vitamini (retinol) olan hər hansı qida əlavəsi qəbul etmək isə tövsiyə olunmur. Çünki həddindən artıq A vitamini körpəyə zərər verə bilər.

Fol turşusu sinir borusu qüsurları kimi tanınan doğuş qüsurlarının qarşısını almağa kömək edir. Əslində, fol turşusunun qəbuluna hamilə qalmadan əvvəlki dövrdə başlamaq lazımdır. Amma buna həmin dövrdə riayət etməyənlər hamiləlik müddətində başlamalıdır.

Odur ki, tərkibində fol turşusu (fol turşusunun təbii forması) olan yaşıl yarpaqlı tərəvəzlər və fol turşusu əlavə edilmiş qidalara üstünlük verilməsi zəruridir. Sağlam hamiləlik üçün tövsiyə olunan folat miqdarını təkcə qidadan əldə etmək çətindir, ona görə də fol turşusu əlavəsi qəbul etmək vacibdir.

Hamilələr üçün hər gün 10 mikroqram D vitamini lazımdır. Hamilə və süd verən qadınlara sentyabr-mart ayları arasında bu miqdarı ehtiva edən gündəlik əlavə qəbul etmək tövsiyə olunur. Çünki sentyabr və mart ayları arasında bədən yalnız günəş işığından kifayət qədər D vitamini istehsal edə bilmir, buna görə də əlavələr tövsiyə olunur.

D vitamini bədəndə sümüklərin, dişlərin və əzələlərin sağlam olması üçün lazım olan kalsium və fosfat miqdarını tənzimləyir.

D vitamini bəzi qidalarda da var, o cümlədən:

  • yağlı balıq (somon, skumbriya, siyənək və sardina kimi)
  • yumurta
  • qırmızı ət

D vitamini təbii olaraq meydana gələn və ya əlavə edilən az sayda qidada olduğu üçün, yalnız qidalardan kifayət qədər almaq çətindir.

Eyni zamanda hamiləlikdə dəmir və C vitamini qəbul etmək də həm ananın, həm də körpənin sağlamlığı üçün önəmlidir. Çünki hamiləlikdə dəmir çatışmazlığı bir çox problemləırə gətirib çıxara bilər.

Vitamin C hüceyrələri qoruyur və onları sağlam saxlamağa kömək edir. O, müxtəlif meyvə və tərəvəzlərdə olur və balanslaşdırılmış pəhriz sizə lazım olan bütün C vitaminini təmin edə bilər.

Tərkibində vitamin C olan yaxşı mənbələrə aşağıdakılar daxildir:

  • portağal və portağal suyu
  • qırmızı və yaşıl bibər
  • çiyələk
  • qara qarağat
  • brokoli
  • brüssel kələmi
  • kartof

Hamiləlikdə kalsium çox önəmlidir. Kalsium körpənizin sümükləri və dişləri üçün çox vacibdir.

Kalsium mənbələrinə aşağıdakılar daxildir:

  • süd, pendir və qatıq
  • yaşıl yarpaqlı tərəvəzlər
  • kalsium əlavə edilmiş içkilər
  • çörək və zənginləşdirilmiş undan hazırlanmış hər hansı qidalar
  • sümükləri də yeyilən balıqlar

Hamiləlik zamanı əsas vitaminlər və minerallar

Qida

Qəbulun səbəbi

Ən yaxşı mənbələr

Kalsium

Güclü sümüklər və dişlər yaradır

Süd, pendir, qatıq, sardina, tünd yaşıl yarpaqlı tərəvəzlər

Dəmir

Qırmızı qan hüceyrələrinin dölə oksigen çatdırmasına kömək edir

Yağsız qırmızı ət, quş əti, balıq, quru lobya və noxud, dəmirlə zənginləşdirilmiş taxıllar, gavalı suyu

Yod

Sağlam beyin inkişafı üçün vacibdir

Yodlaşdırılmış süfrə duzu, süd məhsulları, dəniz məhsulları, ət, bəzi çörəklər, yumurta

Kolin

Dölün beyin və onurğa beyninin inkişafı üçün vacibdir

Süd, mal əti qaraciyəri, yumurta, fıstıq, soya məhsulları

Vitamin A

Sağlam dəri və görmə qabiliyyətini formalaşdırır

Sümük böyüməsinə kömək edir

Yerkökü, yaşıl yarpaqlı tərəvəzlər, şirin kartof

Vitamin C

Sağlam diş ətlərini, dişləri və sümükləri inkişaf etdirir

Sitrus meyvələri, brokoli, pomidor, çiyələk

Vitamin D

Dölün sümüklərini və dişlərini düzəldir

Sağlam görmə və dərinin inkişafına kömək edir

Günəş işığı, gücləndirilmiş süd, qızılbalıq və sardina kimi yağlı balıqlar

Vitamin B6

Qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə kömək edir

Bədənin zülal, yağ və karbohidratlardan istifadəsinə kömək edir

Mal əti, qaraciyər, donuz əti, vetçina, tam taxıllı dənli bitkilər, banan

Vitamin B12

Sinir sistemini qoruyur

Qırmızı qan hüceyrələrinin əmələ gəlməsinə kömək edir

Ət, balıq, quş əti, süd (vegetarianlar əlavə qəbul etməlidirlər)

Fol turşusu

Beyin və onurğanın anadangəlmə qüsurlarının qarşısını alır

Dölün və plasentanın ümumi böyüməsini və inkişafını dəstəkləyir

Gücləndirilmiş taxıl, zənginləşdirilmiş çörək və makaron, fıstıq, tünd yaşıl yarpaqlı tərəvəzlər, portağal suyu, lobya

 

   

Paylaş: