Adı:
Kalium
Elmi adı:
Kalium (K)
İnsan orqanizmində rolu:
Kalium orqanizmin ehtiyac duyduğu bir mineral və elektrolikdir. Xüsusilə bananda olduğunu bildiyimiz kalium orqanizmin bütün funksiyaları üçün böyük əhəmiyyət kəsb edir. Sinirlərin, əzələlərin və ürəyin sağlam izləməsinə və hüceyrələr arasında qida daşınmasına kömək edir. Kalium elektolit olduğu üçün sinirlərin qıcıqlanma reaksiyasında və əzələlərin büzülməsində rol oynayır. Duzun tərkibindəki kaliumun qan təzyiqinin artmasının qarşısını alır. Kalium metobolik proseslər üçün vacib olan fermentləri aktivləşdirir: asetiltransferaza, heksokinaza, aminoasiltransferaza. Nəticədə, kalium əzələ tonusuna təsir göstərir, xüsusən də ürək əzələsinin fəaliyyətində mühüm rol oynayır. Sinir impuluslarının keçirilməsində, normal osmotik təzyiqin saxlanmasında iştirak edir və mədə şirəsinin konsentrasiyasını tənzimləyir.
Çatışmazlığının yaratdığı problemlər:
Kalium çatışmazlığı aşağıdakı əlamətlərlə özünü göstərir:
əzələ krampları;
şişkinlik və mədə-bağırsaq krampları (qəbizlik);
bədənin müxtəlif yerlərində uyuşma hissi;
xroniki yorğunluq və başgicəllənmə;
skelet əzələlərinin gücünün zəifləməsi;
müalicə olunmazsa arterial təzyiqin artmasına və ürək ritminin pozulması;
Artıqlığının yaratdığı problemlər:
Qanda çox kaliumun olması hiperkalemiya adlanır . Sağlam insanlarda böyrəklər, əsasən sidik vasitəsilə əlavə kaliumu effektiv şəkildə çıxarır. Bununla belə, müəyyən vəziyyətlər hiperkalemiyaya səbəb ola bilər: inkişaf etmiş böyrək xəstəliyi, bədəndə kalium saxlayan dərmanların qəbulu (NSAİİ də daxil olmaqla) və ya böyrək funksiyası pozulması.
Günlük qəbul normaları:
|
Cins |
Körpələr |
Qadınlar |
Kişilər |
||||||||
|
Yaş |
0-6 ayadək |
7-12 ay |
1-3 yaş |
4-8 yaş |
9-13 yaş |
14-18 yaş |
19 yaş və daha çox |
Hamilə və südverən analarda |
9-13 yaş |
14-18 yaş |
19 yaş və daha çox |
|
Kaliumun gündəlik dozası |
400 mq |
860 mq |
2000 mq |
2300 mq |
2300 mq |
2300 mq |
2600 mq |
2800- 2900 mq |
2500 mq |
3000 mq |
3400 mq |
Zəngin olduğu qidalar:
|
Ərzaq məhsullarında kaliumun miqdarı mq %-lə |
|
|
Ərik qurusu |
190 mg |
|
Lobya |
1196 mg |
|
Kartof |
407 mg |
|
Mal əti |
80 mg |
|
Yerkökü |
341 mg |
|
Alma |
110 mg |
|
|
|
|
Çovdar çörəyi
|
217 mg |
|
Buğda çörəyi |
254 mg |
|
Balıq |
356 mg |
|
Pendir |
68 mg |
|
Yumurta |
130 mg |
İstinad:
- acıbadem.com.tr
- consu-med.ru
- medicana.com.tr
- National Academy of Medicine. Dietary Reference Intakes for Sodium and Potassium. Washington (DC): National Academies Press (US); 2019 Mar.