Kükürd

Adı:

Kükürd

Elmi adı:

Sulfur

İnsan orqanizmində rolu:

İnsan orqanizmində kükürdün miqdarı 0,16% təşkil edir.Kükürd makronutrientdir və canlı orqanizmlər üçün həyatı əhəmiyyət kəsb edir. Kükürd tərkibli amin turşularının-sistein,əvəzolunmaz amin turşusu metionin, bioloji aktiv maddələrin(nistamin,biotin) bir hissəsidir.Kükürd hüceyrədə enerji ötürülməsi kimi incə və mürəkkəb bir prosesi təmin edir:oksigenin qoşalaşmamış elektronlarından birini sərbəst orbitala qəbul edərək elektronları ötürür. Kükürd metil qruplarının funksiyası və danşınmasında iştirak edir. O,həmçinin müxtəlif koenzimlərin o cümlədən A koenziminin bir hissəsidir. Kükürdün çox hissəsi orqanizmə amin turşularının bir hissəsi kimi daxil olur və əsasən sidiklə SO42 ionu şəklində xaric olur.Tibbi praktikada kükürdün istifadəsi bədənin üzvi maddələri ilə qarşılıqlı əlaqədə olduqda,kerotolitik, antimikrobiyal və antiparazitar təsirləri təyin edən sulfidlər və pentation turşusu yaratmaq qabiliyyətinə əsaslanır.Təmizlənmiş və çökdürülmüş kükürd bəzi dəri xəstəliklərinin (seboreya,sədəf)müalicəsi üçün məlhəm və tozlarda istifadə olunur. Kükürd saçların,dırnaqların,dərinin elastikliyini,skelet sistemini,sinir toxumasını, əzələ liflərini və immun sistemini sağlam təmin etdiyi üçün hər yaşda olan insanlar üçün lazımdır.Bu element beyin fəaliyyətini təmin etmək üçün çox vacibdir, intellektual qabiliyyətlərinin inkişafına kömək edir.

Sızanaqlar . Kükürd sızanaqları müalicə etmək üçün tez-tez satılan məhsullarda istifadə olunan FDA tərəfindən təsdiqlənmiş tərkib hissəsidir.

Yüksək xolesterol . İlkin tədqiqatlar göstərir ki, 4 həftə ərzində gündə üç dəfə kükürdlü bulaqdan su içmək ümumi xolesterin, aşağı sıxlıqlı lipoprotein ( LDL və ya “pis”) xolesterini və trigliserid səviyyələrini azaldır.

Üzdə qızartı (rosacea) . İlkin araşdırmalar göstərir ki, 8 həftəyə qədər gündə bir dəfə kükürd tərkibli kremin üzə tətbiq edilməsi, üzdəki maye ilə dolu qabarıqları və rosaceanın səbəb olduğu digər simptomları azaldır. Bəzi erkən tədqiqatlar göstərir ki, kükürd kremi antibiotik tetrasiklin qədər təsirli ola bilər .

Kəpək . Kükürd kəpəyi müalicə etmək üçün tez-tez satılan məhsullarda istifadə olunan FDA tərəfindən təsdiqlənmiş tərkib hissəsidir. Bununla belə, onun effektivliyi ilə bağlı mövcud tədqiqatlar məhduddur. Bəzi araşdırmalar göstərir ki , 5 həftə ərzində gündə iki dəfə kükürd və/və ya salisilik turşusu olan şampundan istifadə kəpəyi azaldır. Həm kükürd, həm də salisilik turşusu olan şampun ən təsirli görünür.

 

Çatışmazlığının yaratdığı problemlər:

 

  1. Oynaqların hərəkətliliyinin və elastikliyinin azalması
  2. Əzələ zəifliyi və əzələ ağrısı
  3. Dərinin vəziyyətinin pisləşməsi,mat və qeyri-elastik olması
  4. Saç tökülməsi,dırnaqların qırılması
  5. Qaraciyərin,mədəaltı vəzinin funksiyası pozula bilər
  6. İmmunitetin azalması və xəstəliyə dahab çox

 

Günlük qəbul normaları:

  • Kükürd insan orqanizminə qida ilə daxil olur.
  • Onun gündəlik qəbulu orta hesabla böyüklər üçün 0,5-1q təşkil edir.
  • Ağır fiziki əməklə məşğul olan insanlar və idmançılar gündə 5-7qram qəbul edə bilərlər.

Zəngin olduğu qidalar:

Kükürdlə həm bitki, həm də heyvan mənşəli müxtəlif qidalarda olur.Onların arasında: 

  • qoz-fındıq;
  • paxlalılar;
  • ət;
  • dəniz yosunu;
  • ev quşu;
  • süd;
  • yumurta.
  • soğan;
  • sarımsaq;
  • brokoli;
  • gül kələmi.

İstinad:

  1. natural-sciences.ru
  2. княгуюшра-рф
  3. ламуга.org
  4. орсо.rehab
  5. uteka.ru
  6. FDA OTC ingredients list, April 2010. Available at: www.fda.gov/downloads/AboutFDA/CentersOffices/CDER/UCM135691.pdf (accessed 2/7/15).