A vitamini

Adı:

A vitamini

Elmi adı:

Retinol(C2OH30O

İnsan orqanizmində rolu

Ilk kəşf edilən vitamin olduğu üçün əlifbanın ilk hərfi ilə adlandırılıb.Elmə 1931 -ci ildə məlum olub.sintetik istehsalına 1947-ci ildən başlanılıb.
2 forması fardır:
1)Beta-karotin-bu provitamin olub,orqanizmdə yaranması mümkün deyil-,bitki mənşəli qidalardan alınır.Güclü antioksidant təsirə malik olub orqanizm üçün çox faydalıdır.
2)Retinol-Beta karotindən sintez olunur;təmiz halda polivitamin və qidalardan alınır.Retinol kök hüceyrelerinin spesefik qaraciyər,böyrək,əzələ hüceyrələrinə çevrilməsində iştirak edir.
A vitamini -orqanizmin sağlam fəaliyyəti üçün vacibdir:
1)görmə-A vitamini Rodopsin piqmentinin əmələ gəlməsində rol oynayır.Bu piqment qaranlıqda minimal işıq dalğasını tutma qabiliyyətinə malikdir.Bu vitamin buynuz qişanın nəmlənməsini təmin edir.
A vitaminin görmə funsiyasında rolunu sübut eden Amerikalı biokimyaçı alim C.Uold 1967-ci ildə Tibb sahesi üzrə Nobel mükafatına layiq görülmüşdür.
2)A vitamini  dəri və selikli qişaların fəaliyyətini yaxşılaşdırır,regenerasiyasını sürətləndirir,kollagen sintezini stimullaşdırır,dərialti piy toxumasının əmələ gəlməsini normallaşdırır,dərinin piqmentasiyasını təmin eden fermentlərin sintezini requlə edir,dəridə yeni hüceyrələrin əmələ gəlməsini təmin edir,dərinin elastikliyi artırır.
3)Sümüklərin sağlamlığı-A vitamini sümüklərin sağlam quruluşu üçün vacibdir.Bu vitamin sümük hüceyrelerinin düzgün nisbətini-yeni sümük əmələ gəlməsi və dağılması nisbətini tənzimləyir.
4)İmmun sistemi-A vitamini immun sisteminin normal fəaliyyəti üçün vacibdir.Selikli qişaların baryer funksiyasını artırır,leykositlərin faqositar qabiliyyətini artırır.Antibakterial maddələr-Lizosim,İnterferon,İmmunoqlobulin A sintezi üçün lazımdır.
Retinol-embrionun normal inkişafı üçün vacibdir.Başqa bir keratinoid Likopin(ən çox pomidorda mövcuddur) aterosklerotik zədələnmələrin qarşısını alir.Aşağı sıxlıqlı xolesterinin damar divarına oksidləşdirici təsirini azaldır.Maddələr mübadiləsini requlə edir,zülalların parçalanmasını tormozlayır.Baş beyin toxuması membranına yarıdoymuş turşular və oksigen radikallarının aqressiv təsirini neytrallaşdıraraq qocalma prosesini zəiflədir. 
A vitamini qalxanabənzər vəz hormonu olan Trioksinin antoqonisti olub,steroid hormonların(progesteron)sintezində,spermotogenezde iştirak edir,mayalanmış yumurtahüceyrenin implantasiya yerini təyin edir.

 

Çatışmazlığının yaratdığı problemlər

A vitamini çatmazlığına ağır fiziki yüklənmələr,pis qidalanma,ağır iqlim şərtləri,BSMO 1 geninin mutasiyası nəticəsində yaranan Dar’e keratozu ,ödçıxarıcı yolların daralması,bağirsaqlardan sorulmanın  pozulması,parazitlərə yoluxma,Sinkin kəskin və xroniki defisiti,xroniki alkoqolizm səbəb ola bilər.
Avitamini defisiti :
-fiziki və bətindaxili inkişafın gecikməsinə
-toyuq korluğu və görmə zəifliyinə
-gözlərdə quruluq,buynuz qişanın xəstəliklərinə,
-dəridə quruluq,qırışlara,qırnaq və saç qırılmalarına,
-immunitetin zəifləməsi,allergik rinitlər,tez-tez baş veren bronxitlər,
-Sidik cinsiyyət sisteminin iltihabi xəstəliklərinin yaranmasına,
-reproduktiv sistemin funksiyalarının pozulmasına,
-uşaqlıqdan kənar hamiləliklərin baş verməsinə,
-əhval-ruhiyyənin tez -tez pisləşməsi,tez yorulma,əmək qabiliyyətinin aşağı düşməsinə səbəb olur.

Toksiklik əlamətləri

A vitamini də yağda həll olunur, yəni bədən tərəfindən dərhal lazım olmayan hər hansı bir miqdar udulur və yağ toxumasında və ya qaraciyərdə saxlanılır. Həddindən artıq çox saxlanılırsa, zəhərli ola bilər. Hazırkı tövsiyə olunan gündəlik səviyyədən üç dəfə çox olan 3000 mkq əvvəlcədən formalaşmış A vitamininin tolere edilə bilən yuxarı qəbulunun təhlükəsiz olduğu düşünülür. Bununla belə, bu qədər əvvəlcədən formalaşmış A vitamininin sümük itkisi, omba sınığı [10-12] və ya bəzi doğuş qüsurları riskini artıra biləcəyinə dair bəzi sübutlar var.Həddindən artıq əvvəlcədən formalaşmış A vitaminindən qaçınmağın başqa bir səbəbi onun D vitamininin faydalı fəaliyyətlərinə mane ola bilməsidir. Zəhərlənmə əlamətlərinə aşağıdakılar daxildir.
Bulanıq görmə kimi görmə dəyişiklikləri
Sümük ağrısı
Bulantı və qusma
Quru dəri
Günəş işığı kimi parlaq işığa həssaslıq

 

Günlük qəbul normaları

 

Yaş qrupları

Mq öiçü ilə gündəlik doza.

Mkq ölçü ilə gündəlik doza

BV ölçü  ilə gündəlik doza

0-6 ayadək

0,4

400

1333

7-12 aylıq

0,5

500

1667

1-3 yaş

0,3

300

1000

4-8 yaş

0,4

400

1333

9-13 yaş

0,6

600

2000

14 yaşdan yuxarı oglan

1

1000

3300

14 yaşdan yuxarı qız

0,8

800

2667

Qadınlar(hamilə)

0,2

200-800

667-2667

Qadınlar(laktasiya döv.)

0,4-1,2

400-1200

1333-4000

Orta yaş qrupu

0.8

800

2667

 

Zəngin olduğu qidalar

100qr qida məhsulunun tərkibində olan A vitaminin miqdarı(mq  və mkq-la)

Balıq yaği

Qaraciyər

(ördək)

Qaraciyər

(qoyun)

Qaraciyər

(iribuynuzlu)

Qaraciyər

(toyuq)

ilanbalığı

Yerkökü

Cəfəri

ispanaq

Gül kələm

30 mq

11,98mq

7,4mq

4,9mq

3,3

1043 mkq

835mkq

421mkq

469mkq

500mq

 

 

Kərə yağı

marqarin

yumurta

skumbiriya

itburnu

qaymaq

Çili istiotu

pomidor

gavalı

brokkoli

684mkq

411mkq

381mkq

218mkq

217mkq

124mkq

48 mkq

42 mkq

39 mkq

31mkq

 

İstinad

  1. Dzen.ru
  2. Belok.ua
  3. Şaşkina M.Y.,ŞaşkinaP.N.Serqeev.Xəstəliklərin müalicə və profilaktikasında keratinoidlərin rolu.
  4. Klyuçnikov S.O.,Qnetneva E.C,,Neçayeva N.L Avə B vitaminlərinin  pediatriyada məqsədyönlü təyinatı.
  5. Feskanich D, Singh V, Willett WC, Colditz GA. Vitamin A intake and hip fractures among postmenopausal women. JAMA. 2002; 287:47-54.
  6. Michaelsson K, Lithell H, Vessby B, Melhus H. Serum retinol levels and the risk of fracture. N Engl J Med. 2003; 348:287-94.
  7. Penniston KL, Tanumihardjo SA. The acute and chronic toxic effects of vitamin A. Am J Clin Nutr. 2006; 83:191-201.