Adı:
B9
Elmi adı:
Fol turşusu (Folat, Folatsin, C19, H19, N7, O6)
İnsan orqanizmində rolu
Çatışmazlığının yaratdığı problemlər
Folat çatışmazlığı anormal nüvələri olan böyük eritrositlərlə xarakterizə olunan meqaloblastik anemiyaya səbəb ola bilər. Xəstələr zəiflik, yorğunluq, zəif konsentrasiya, əsəbilik, baş ağrıları və çarpıntılardan şikayət edə bilərlər. Çatışmazlıq həmçinin ağız boşluğunda yaralara və dəri, saç və dırnaqlarda dəyişikliklərə səbəb ola bilər.Fol defisiti geniş spektrli simptom və ağırlaşmalar yarada bilər. Fol defisitinin əmələ gəlməsi mədə-bağırsaq sistemi xəstəlikləri, zərərli vərdişlər, tərəvəz və meyvələrin çox bişməsi hemolitik anemiyalar, qan xəstəlikləri, dərman preparatlarının qəbulu, böyrək dializi və s. səbəb ola bilər.
Fol turşusu defisiti-folat defisitli anemiyanın (meqaloblostik anemiya) əmələ gəlməsinə, leykositlərin və trombositlərin səviyyəsinin aşağı düşməsinə, xərçəngin bəzi növlərinin əmələ gəlməsinə, ürək-damar sistemi patologiyalarına, depresiyya, demensiya, koqnitiv funksiyaların aşağı düşməsinə, Alzheimer, Seliakiya xəstəliyinə səbəb ola bilər. Ən çox rast gəlinən fol defisiti simptomu yorğunluqdur. Digər simptomlar- anemiyalar zamanı: rəngin avazıması, təngnəfəslik, qıcıqlanmanın artması, baş gicəllənmə, oral simptomlar: dilin qırmızı rəngdə olması, diqqət və konsentrasiyada çətinlik, düşünmə çətinliyi. Fol turşusu defisitinin əlavə simptomları- enerji çatmazlığı, əzələ zəifliyi, depressiya, çəki azalması, diareya, boy artımı problemləri, periferik neyropatiyalar.
Hamiləlik zamanı fol turşusu defisiti- homosistein səviyyəsinin yüksəlməsinə, ümumi zəifliyə, çəkinin azalmasına, baş gicəllənməsinə, tromboza meyillilik, immunitetin azalmasına, əsəbilik, bayılma halların yaranmasına, bətndaxili inkişaf qüsurlarının əmələ gəlməsinə( qurdağız, dovşan dodaq), dölün aşağı çəki indeksi ilə doğulmasına, ciftin erkən soyulmasına, uşaqda autizm, anensefalopatiyaların əmələ gəlməsinə, səbəb ola bilər.
Günlük qəbul normaları
|
Yaş hədləri |
Günlük qəbulu normaları |
|
0-6 ay |
65mkq |
|
7-12 ay |
80mkq |
|
1-3 yaş |
150 mkq |
|
4-8 yaş |
200mkq |
|
9-13yaş |
300mkq |
|
14-18yaş |
400mkq |
|
19 + |
400mkq |
|
Hamilələr |
600-800mkq |
|
Laktasiya dövrü |
500mkq |
Zəngin olduğu qidalar
|
Nutrientlərlə zəngin qidalar |
100 mkqdakı folat miqdarı |
|
alabalıq |
750mkq |
|
fıstıq |
280mkq |
|
döş əti |
250mkq |
|
ispanaq |
200mkq |
|
cəfəri |
170mkq |
|
qaraciyər |
140mkq |
|
brokkoli |
111mkq |
|
kələm |
100mkq |
|
böyrək |
80mkq |
|
qaraçörək |
50mkq |
|
ağ çörək |
30mkq |
|
portağal |
24mkq |
|
banan |
20mkq |
|
yumurta |
20mkq |
|
mal əti |
7mkq |
|
alma |
6mkq |
|
üzüm |
6mkq |
|
toyuq əti |
6mkq |
|
bişmiş yumurta |
5mkq |
İstinad
- Harvard. T.H.CHAN
- National Health Line
- Ovoclinic
- My.Clevelandclinic.org
- Institute of Medicine (US) Standing Committee on the Scientific Evaluation of Dietary Reference Intakes and its Panel on Folate, Other B Vitamins, and Choline . Dietary Reference Intakes for Thiamin, Riboflavin, Niacin, Vitamin B6, Folate, Vitamin B12, Pantothenic Acid, Biotin, and Choline. Washington, DC: National Academies Press (US); 1998.